32 min nəfərə və 22
yaşayış məntəqəsinə Prezident
töhfəsi
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 18-də Masallı rayonunda əsaslı şəkildə yenidən qurulan Şatıroba-Hişkədərə-Miyankü-Kubin-Birinci Səmidxanlı-Xallıcalı-Eminli-Məmmədxanlı avtomobil yolunun açılışında iştirak edib.
AZƏRTAC xəbər verir ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov dövlətimizin başçısına görülən işlərlə bağlı məlumat verdi.
Bildirildi ki, yolun yenidən qurulması Prezident İlham Əliyevin bu il iyulun 23-də imzaladığı Sərəncama əsasən aparılıb. 32 min nəfərin yaşadığı 22 yaşayış məntəqəsini birləşdirən Şatıroba-Hişkədərə-Miyankü-Kubin-Birinci Səmidxanlı-Xallıcalı-Eminli-Məmmədxanlı avtomobil yolunun tikintisi üçün dövlət büdcəsinin investisiya xərclərindən Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə 7,5 milyon manat vəsait ayrılıb. Yolun ümumi uzunluğu 24,7 kilometrdir. Dördüncü texniki dərəcəyə aid ikizolaqlı yolun hərəkət hissəsinin eni 6 metrdir. Yolun yenidən qurulması layihəsi çərçivəsində genişmiqyaslı torpaq işləri görülüb, siqnal dirəkləri, yol nişanları və göstərici lövhələr quraşdırılıb, yol cizgi xətləri çəkilib. Dağlıq ərazidə yerləşən avtomobil yolunun tikintisi 22 yaşayış məntəqəsinin rayon mərkəzi ilə nəqliyyat əlaqəsinin yaxşılaşdırılmasında, həmçinin bu bölgədə iqtisadiyyatın və kənd təsərrüfatının inkişafında mühüm rol oynayacaq.
Sonra dövlətimizin başçısı yolun rəmzi açılışını bildirən lenti kəsdi.
Sonda xatirə şəkli çəkdirildi.
Qeyd edək
ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə son 15 ildə Azərbaycanda sürətli və
davamlı sosial-iqtisadi inkişafa
nail olunub. Bu inkişafın əsas elementlərindən biri də yol infrastrukturunun müasir səviyyədə
yenidən qurulmasıdır ki, bu istiqamətdə də ölkəmizdə tarixi layihələr icra olunub. Azərbaycanda son
dövrlərdə yol infrastrukturunda
baş verən əsaslı dəyişikliklərin
nəticəsini hər bir vətəndaş
öz şəxsi həyatında hiss edir. Dövlətimizin
başçısının tapşırıq və göstərişlərinə
əsasən beynəlxalq əhəmiyyətli yolların
inşası ilə yanaşı, yeni kənd
yollarının çəkilməsi, mövcud
yolların yenidən qurularaq müasir səviyyəyə
çatdırılması istiqamətində də çox mühüm layihələr
icra olunub. Masallı rayonunun Şatıroba-Hişkədərə-Miyankü-Kubin-Birinci
Səmidxanlı-Xallıcalı-Eminli-Məmmədxanlı avtomobil yolunun yenidən
qurulması da bu tədbirlər
sırasındandır.
Azərbaycan.- 2018.- 19 sentyabr.- S.4.