Gənclərin vətənpərvərlik, dövlətçilik
prinsiplərinə, milli-mənəvi dəyərlərimizə
rəğbət ruhunda tərbiyə
olunması prioritet istiqamətlərdəndir
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 18-də Biləsuvar Gənclər Evinin açılışında iştirak edib.
AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı Gənclər Evinin rəmzi açılışını bildirən lenti kəsdi.
Ölkəmizdə gənclər siyasətinin formalaşdırılması istiqamətində çoxşaxəli tədbirlər görülür. Ümummilli lider Heydər Əliyevin adı ilə bağlı olan dövlət gənclər siyasəti uğurlu nəticələrlə yadda qalır. 2005-2009-cu illəri əhatə edən "Azərbaycan Gəncliyi Dövlət Proqramı” bu prosesdə çox mühüm rol oynayıb. "Azərbaycan Gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramı da bu tədbirlərin məntiqi davamı olub. Bu gün ölkəmizdə gənclərin vətənpərvərlik, dövlətçilik prinsiplərinə, həmçinin tarixi-mədəni keçmişimizə, milli-mənəvi dəyərlərimizə rəğbət ruhunda tərbiyə olunması prioritet istiqamətlərdəndir. Əsas məqsəd təbii ki, onların cəmiyyətin ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında yaxından iştirakına stimul verməkdir. Prezident İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq, gənclərin intellektual və yaradıcı potensialının üzə çıxarılması, xüsusilə regionlarda yaşayan gənclərin fəallığının artırılması istiqamətində məqsədyönlü layihələr və proqramlar həyata keçirilir. Ölkəmizin bölgələrində müasir tələblərə cavab verən sosial infrastruktur obyektləri və gənclər evləri tikilir. Biləsuvar rayonunda inşa olunan Gənclər Evi də bu məqsədə xidmət edir.
İnşasına
ötən il başlanılan və bu ilin mayında başa çatdırılan Biləsuvar Gənclər
Evinin binası ikimərtəbəlidir. Ümumi sahəsi 1200 kvadratmetr
olan binada ümummilli lider Heydər
Əliyevin büstü qoyulub,
Ulu Öndərin və Prezident
İlham Əliyevin Biləsuvar rayonuna müxtəlif illərdə səfərlərini
əks etdirən fotolardan ibarət guşələr
yaradılıb. Bina öz
funksionallığı ilə seçilir.
Belə ki, burada
müxtəlif tədbirlərin keçirilməsi üçün 256 yerlik akt və konfrans zalları
yaradılıb. Rəqs zalının, internet
kafenin, fotostudiyanın, vətənpərvərlik
klubunun, istedadların
hazırlığı laboratoriyasının yerləşdiyi
Gənclər Evində şahmat, rəsm,
dizayn dərnəkləri, xarici
dil və danışıq klubu fəaliyyət göstərəcək.
Azərbaycan.- 2018.- 19 sentyabr.- S.6.