Üzeyir Hacıbəyli
X Beynəlxalq Musiqi Festivalının təntənəli
açılış mərasimi
olub
Gecədə SSRİ Xalq
artisti, görkəmli
bəstəkar Arif Məlikova "Şöhrət”
ordeni təqdim edilib
Sentyabrın 18-də Heydər Əliyev Fondunun və Mədəniyyət Nazirliyinin
təşkilatçılığı ilə keçirilən Üzeyir Hacıbəyli X
Beynəlxalq Musiqi Festivalının təntənəli
açılış mərasimi
olub.
AZƏRTAC xəbər
verir ki, festivalın açılışı
SSRİ Xalq artisti, görkəmli bəstəkar
Arif Məlikovun 85 illiyinə həsr edilib.
Açılış mərasimində mədəniyyət
naziri Əbülfəs
Qarayev çıxış
edərək tədbir
iştirakçılarını musiqi bayramı münasibətilə təbrik
etdi. Diqqətə çatdırıb ki, Üzeyir Hacıbəyli göstərdiyi
xidmətlərlə öz
adını Azərbaycanın
musiqi tarixinə əbədi olaraq həkk edib. Böyük bəstəkarın doğum
gününün musiqi
bayramı kimi qeyd edilməsi ənənəsi ulu öndər Heydər Əliyev tərəfindən
qoyulub. Ümummilli
Liderin 1995-ci ildə -
bəstəkarın 110 illik
yubileyi münasibətilə
imzaladığı Fərmanla
hər il
sentyabrın 18-i ölkəmizdə
Milli Musiqi Günü kimi qeyd olunur. Böyük bəstəkar
Azərbaycan xalqının
tarixində silinməz
iz qoyub. Təsadüfi deyil ki, Üzeyir bəy həm də bu il 100 illiyini təntənə ilə qeyd etdiyimiz Azərbaycan Xalq Cümhuriyyətinin ictimai-mədəni
həyatında yaxından
iştirak etmiş böyük şəxsiyyətlərimizdəndir.
Nazir vurğuladı ki, bu gün də
Üzeyir bəy ənənələri davam
edir. Azərbaycan musiqisi dünyanın
hər bir yerində səslənir.
Musiqimiz həmişə xalqımızla
bərabər yaşayacaq,
hüdudları aşaraq
dünya miqyasında öz şöhrətini qazanmaqda davam edəcək. Bildiyiniz kimi
musiqi günü artıq 10 ildir ki, təkcə musiqi bayramı olaraq deyil, həm
də daha geniş miqyasda beynəlxalq musiqi festivalı kimi musiqisevərlərin görüşünə
gəlir. Azərbaycan musiqisi
bu gün beynəlxalq aləmdə təbliğ edilir. Musiqi kollektivlərimiz beynəlxalq
müsabiqələrdə çıxış
edərək Azərbaycan
xalqının musiqi yaradıcılığı qüdrətini
nümayiş etdirir.
Heydər Əliyev Fondunun
təşkilatçılığı, Birinci vitse-prezident Mehriban Əliyevanın fəaliyyəti nəticəsində
Azərbaycan musiqisinin
tarixi ənənələri
UNESCO tərəfindən qorunmaqdadır.
Bu gün musiqi
ictimaiyyətimizin nümayəndələri
Fəxri xiyabanı ziyarət edərək Üzeyir Hacıbəyli, eyni zamanda, Müslüm
Maqomayev və digər görkəmli bəstəkarlarımızın xatirəsini yad etdi. Musiqi günü münasibətilə
Azərbaycanın bütün
bölgələrində tədbirlər
həyata keçirilir.
Bundan əlavə builki X beynəlxalq musiqi festivalı çərçivəsində
paytaxtın bütün
mədəniyyət müəssisələrində
musiqi bayramı əhvalı hökm sürəcək, tanınmış
musiqiçilərin əsərləri
səslənəcək, görkəmli
ifaçılar konsert
proqramı ilə çıxış edəcəklər.
Bildirilib ki, festivalda Rusiya, ABŞ, Türkiyə, İtaliya və Slovakiyadan tanınmış musiqiçi
və kollektivlər –
T.Dokşitser adına
"New life brass” kvinteti, "Dədə Qorqud” kamera orkestri, Murad Kajlayev, Murad Annamamedov, Sergey Roldugin, Pavel Milyukov, Azər Dəmirov, Fərhad Aşumov və başqalarının iştirakı
ilə 30-a yaxın tədbir keçiriləcək.
Festivalın açılışında isə müxtəlif müəlliflərin əsərləri
səslənəcək. Bu əsərlərin sırasında xüsusilə
vurğulamaq istərdim
ki, Azərbaycanın böyük bəstəkarı,
Üzeyir bəy və Qara Qarayev
məktəbinin layiqli
davamçısı Xalq
artisti Arif Məlikovun da əsəri yer alır. Bu il
bəstəkarın 85 illik
yubileyidir. Bəstəkarın yubileyi silsilə
tədbirlərlə qeyd
edilməkdədir.
Nazir dövlətimizin
başçısı İlham
Əliyevin Azərbaycan
musiqi mədəniyyətinin
inkişafında xidmətlərinə
görə Arif Məlikovun "Şöhrət”
ordeni ilə təltif edilməsi haqqında Sərəncamını
oxuyaraq ali
mükafatı yubilyara
təqdim edib.
Festivalının ilk günü
tamaşaçılara tanınmış
kollektivlər - Üzeyir
Hacıbəyli adına
Azərbaycan Dövlət
Simfonik Orkestri (dirijor Fəxrəddin Kərimov) və Azərbaycan Dövlət Xor Kapellasının (bədii rəhbər Gülbacı İmanova) müşayiəti ilə
solist Murad Adıgözəlzadənin ifasında
geniş və rəngarəng konsert proqramı təqdim olunub. İlk olaraq gecədə
Üzeyir Hacıbəylinin
"Koroğlu” operasından
uvertüra səslənib.
Festival sentyabrın
28-dək davam edəcək.
Azərbaycan. - 2018.-19 sentyabr.- S.10.