Azərbaycanda İKT-nin
inkişafı hökumətin gündəliyində prioritet sahələrdən biridir
Biz yüksək texnologiyalar dövründə yaşayırıq. Süni zəka, bulud tipli məlumat bazası, əşyaların interneti və cihazlararası uzlaşma (M2M) texnologiyaları qlobal tendensiyalardır. Bu texnologiyaların inkişafı və dördüncü sənaye inqilabı ölkələrə və hökumətlərə həyat keyfiyyətini artırmaq və insanların həyat səviyyəsini yaxşılaşdırmaqla ictimai xidmətlərdə keyfiyyəti və şəffaflığı təkmilləşdirmək üçün yeni iqtisadi imkanlar yaradacaq.
AZƏRTAC xəbər verir ki, bu sözləri xarici işlər naziri Elmar Məmmədyarov Çində keçirilən Davos Dünya İqtisadi Forumunun illik toplantısının "Avrasiyada inklüziv rəqəmsal inkişaf" adlı panel iclasında çıxışı zamanı söyləyib.
Nazir qeyd edib ki, bu sahədə sərmayələr hər bir ölkənin gələcəkdə davamlı inkişafında mühüm rol oynayır. Evlərin yüksək sürətli internetə çıxışı, Böyük Həcmli Verilənlər (Big Data) çağırışı üçün bulud tipli məlumat bazası, kiber təhlükələrə cavab verən yaxşı inkişaf etmiş həll yolları bu prosesdə başlıca maneə kimi nəzərdən keçirilə bilər.
Bildirilib ki, Azərbaycanda informasiya və kommunikasiya texnologiyalarının (İKT) inkişafı hökumətin gündəliyində prioritet sahələrdən biridir. “Biz yüksək texnologiyaları davamlı iqtisadi inkişafın əsas hərəkətverici qüvvəsi kimi tanıyırıq və bu sektorun inkişafı üçün zəruri addımlar atırıq. Qlobal iqtisadiyyatda dəyişikliklər informasiya və kommunikasiya texnologiyalarını ölkədə ən sürətlə inkişaf edən sektorlardan biri etdi. Belə ki, hazırda enerji və nəqliyyatdan sonra bu sahə ölkənin üçüncü vacib iqtisadi sektorudur”, - deyə nazir vurğulayıb.
Elmar Məmmədyarov bildirib ki, Azərbaycan Respublikasının informasiya və telekommunikasiya texnologiyalarının inkişafı üzrə Strateji Yol Xəritəsi 2016-cı ildə Prezidentin Sərəncamı ilə təsdiq edilib. Bu, İKT sektorunun inkişafının müxtəlif aspektlərini, habelə müvafiq tənzimləyici məsələləri əhatə edir. Siyasi çərçivələri və idarəetmə protokollarını hazırlayarkən biz elmi tərəqqi və innovativ inkişafa böyük diqqət ayırırıq. Ölkə əsas hədəflərdən bir neçəsi qismində rəqəmsal ticarət, transsərhəd məlumat axınları, blokçeyn və bölüşdürülmüş kitabça texnologiyasına diqqət ayırır.
Ölkə əhalisinin 79 faizi internet
istifadəçisidir, onların
72 faizi genişzolaqlı
internetdən istifadə
edir. İlbəil evlərin internetə
çıxışı artır
və indi bu rəqəm 77.2 faizdir. Rəqəmsal televiziya yayımına
keçid tamamlanıb.
Bununla yanaşı, “Azerspace-1” telekommunikasiya
peyki, “Azersky” yer səthinin müşahidə peyki uğurla fəaliyyət göstərir və müasir peyk xidmətlərini təmin
edir.
Azərbaycanda bütün dövlət təşkilatlarından 30 milyon
dəfə tətbiq edilmiş 450 növ xidmətdən çox olmaqla blokçeyn texnologiyasına əsaslanan
eGov portalı təsis edilib. Hazırda
gömrük bəyannamələrinin
100 faizi, vergi bəyannamələrinin 90 faizi,
əmək müqavilələrinin
100 faizi və qaimələrin 100 faizi onlayn qaydada yerinə yetirilir.
Qeyd edilib ki, milli
malların onlayn kataloqunu yaratmaqla yanaşı, yeni xarici bazarlara çıxış üçün
Rəqəmsal Ticarət
Mərkəzi (RTM), dövlət
özəl tərəfdaşlıq
platforması yaradılıb. Bu platformanın əsas məqsədi bütün
lazımi xidmətləri
göstərməkdir, həmçinin
öz məhsullarını
ixrac etmək istəyən sahibkarları,
o cümlədən xırda
və orta sahibkarları lisenziyalar, icazələr, sertifikatlar
və ödəniş
imkanları ilə təmin etməkdir. Azərbaycanın Rəqəmsal Ticarət
Mərkəzi yerli və regional səviyyədə
inkişaf edir. 2016-cı ildə əsası qoyulduqdan sonra fəaliyyətinin ilk
ilində 74 ölkədən
sifariş edilmiş
475 milyon ABŞ dolları
dəyərində mallar
istehsal olunub.
Azərbaycan dünyada Rəqəmsal Ticarət Mərkəzi vasitəsilə qeyri-rezidentlərə
E-Rezidentura təklif edən ikinci, m-Rezidentira təklif edən birinci ölkədir.
Nazir deyib: “Biz Bakıda İnnovasiyalar Mərkəzi qurmaq niyyətindəyik. Bu mərkəz innovativ ideyaları olan gənc sahibkarlar və startaplar üçün pulsuz olacaq. Onların, həmçinin İnformasiya Texnologiyalarının
İnkişafı Dövlət
Fondundan qrant və kredit almaq imkanı da var. Azərbaycan hökuməti sahibkarlara öz ideyalarını həyata keçirmək üçün dəstək
verir.
WEF Global IT 2016-cı il hesabatına əsasən, Azərbaycan
mobil şəbəkə
əhatəsi üzrə
birinci, hökumətin
gələcək baxışlarında
İKT-yə verilən
əhəmiyyət və
İKT sektorunun təbliğində
hökumətin uğuruna
görə səkkizinci,
vətəndaşlara dövlət
xidmətlərinin keyfiyyətinin
yaxşılaşdırılması üçün hökumət
tərəfindən qabaqcıl
texnologiya məhsullarının
satın alınması
və İKT-lərin
istifadəsi üzrə
on ikinci yerdə qərarlaşıb. Qeyd edək
ki, Dünya İqtisadi Forumunun "İnklüziv İnkişaf
İndeksi 2018" hesabatında
Azərbaycan inkişaf
etməkdə olan ölkələr arasında
üçüncü, MDB və
Avrasiya regionunda birinci yerdədir”.
Elmar Məmmədyarov diqqətə
çatdırıb ki,
coğrafi mövqeyi və iqtisadi potensialı sayəsində
Avrasiya regionu bu gün diqqət
mərkəzindədir. Təbii ehtiyatlar
və karbohidrogen ehtiyatları ilə zəngin olan region həm də yüksək elmi və texnoloji potensiala və insan resurslarına malikdir.
Eyni zamanda, regionda müasir və yüksək texnoloji
İKT infrastrukturlarının qurulması zəruridir və bu məqsədlə,
Azərbaycan hökuməti
Frankfurt şəhərindən Honq-Konq şəhərinə
istiqamətlənən transmilli
fiber-optik xəttin çəkilməsini nəzərdə
tutan "Trans-Avrasiya
Super İnformasiya Magistralı"
(TASİM) layihəsi (TASİM) təşəbbüsü ilə
çıxış edib. Bu genişzolaqlı marşrut,
hər saniyənin vacib olduğu rəqabət dövründə
Şərq və Qərbi birləşdirən
ən qısa xətt olmalıdır.
BMT Baş Assambleyasının
qətnaməsi ilə
dəstəklənən layihə
cəlb olunan ölkələrə təkmilləşdirilmiş
regional və qlobal uzlaşma, diversifikasiya marşrutları, rəqəmsal
bölünmənin pozulması
və davamlı inkişaf məqsədlərinə
(SDGs) töhfə verilməsi
kimi məsələləri
nəzərdə tutur.
Biz əminik ki,
TASİM layihəsinin reallaşdırılması
Avrasiyanın dənizə
çıxışı olmayan
ölkələri üçün
yeni iqtisadi imkanlar açacaq. İnanırıq ki, İKT sektorunun
inkişafı sahəsində
digər tədbirlərlə
yanaşı, nəqliyyat
dəhlizlərinin infrastruktur
rəqəmsallaşdırılması da inklüziv artımın effektiv təminatçısı kimi
xidmət edəcək.
“Tarixə
nəzər salsaq, bu region ticarət marşrutlarının mərkəzi
hesab edilib və daha geniş
regionda iqtisadi inkişafda mühüm rol oynayıb. Hər kəsə
Böyük İpək
Yolunun tarixi əhəmiyyəti məlumdur
və təsadüfi deyildir ki, müstəqilliyini
əldə etdikdən
sonra Azərbaycan bu təşəbbüsü
dəstəkləyib və
onun bərpasında aparıcı rol oynayıb. Ümumiyyətlə,
Azərbaycan regionda Bakı-Tbilisi-Qars neft kəməri, Trans-Anadolu qaz kəməri
(TANAP), Trans-Adriatik kəməri
(TAP) və Bakı-Tbilisi-Qars dəmir yolu xətti kimi bəzi nümunələr göstərilməklə
böyük infrastruktur
layihələrinin təşəbbüskarı
kimi tanınır.
Azərbaycan məsafə və zaman baxımından Çin və Avropa arasında ən qısa əlaqə hesab edilir. Müxtəlif hesablamalara əsasən,
bu əlaqə nəqliyyat daşımalarının
vaxtının 70 faizinə
qənaət etməyə
imkan verir. Hazırda Avropa və Asiya arasında ticarət axını artdığından Azərbaycan
Avrasiyanın kəşisməsində
nəqliyyat və logistika qovşağı kimi inkişaf edir”, - deyə nazir qeyd edib.
Bildirilib ki, Azərbaycan Avropa ilə Asiyanın birləşdirilməsində, xüsusilə
tranzit və logistik imkanlar, transxəzər nəqliyyat
və ticarət dəhlizi, Bakı-Tbilisi-Qars dəmir yolu xətti və Ələt Beynəlxalq Ticarət Limanı vasitəsilə Çinin təşəbbüsü
olan “Bir kəmər, bir yol” layihəsinin reallaşdırılması baxımından
əlverişli mövqe
tutur. Çin və Avropa
İttifaqı ölkələrinin
nəqliyyat şəbəkələrinin
əlaqələndirilməsinə yönəlmiş bu layihələr Avrasiya çərçivəsində iqtisadi və ticarət əlaqələrinin
inklüziv və davamlı inkişafına,
eləcə də
regional inkişafı və
rifahı təşviq
etməklə insanlar arasında təmasların
fəallaşdırılmasına töhfə verəcək.
Bundan əlavə, Azərbaycan daha sürətli Cənub-Şimal nəqliyyat
dəhlizinin yaradılmasında
tərəfdaşları ilə
əməkdaşlıq edir. Bu marşrut quru yolla İran, Pakistan və Hindistandan Avropa ölkələrinə
Azərbaycan vasitəsilə
yük daşımalarının
həyata keçirilməsini
təmin edir.
Təhlükəsizlik və sabitliyin qorunması Avrasiyada inklüziv rəqəmsal inkişafa
nail olmaq üçün
vacib bir şərtdir. Lakin hazırkı reallıqlar
şəraitində, Ermənistanın
Azərbaycanın beynəlxalq
səviyyədə tanınmış
ərazilərinin davam
edən işğalı
genişmiqyaslı regional əməkdaşlığın
inkişafını və
eləcə də nəinki Azərbaycanda, habelə bütövlükdə
regionda davamlı inkişafın əldə
olunmasında bizim imkanlarımızı məhdudlaşdırır.
Bu xüsusda, vurğulamaq istərdim ki, bu işğalçı
siyasət Ermənistanın
özünü regiondakı
iqtisadi artım və ticarət imkanlarından məhrum edir. Beləliklə, biz hələ daha
da geniş əhatəli və hərtərəfli iqtisadi
əməkdaşlığa keçmək üçün
regionumuzun mövcud potensialdan tam şəkildə
istifadə edə bilmirik.
Texnologiyaların sürətli inkişafı
insanlara və ölkələrə iqtisadi
və sosial sahələrdə yeni imkanlar yaradır. Bununla yanaşı, həmin proses kiber hücumlar
və iş yerlərinin itirilməsi kimi yeni çağırışlar
və təhdidlər
gətirir. Bu çətinliklərlə üzləşərkən
dövlətin üzərinə
böyük məsuliyyət
düşür. Beləliklə, vəziyyət düzgün
qiymətləndirilməli və
vətəndaşların bu
kimi təhdidlərdən
qorunması üçün
lazımi ölçülər
götürülməlidir.
Nazir çıxışının sonunda Azərbaycanın
İKT və inklüziv
davamlı inkişaf üçün yeni texnologiyaların artan əhəmiyyətini və
bununla da iqtisadi göstəricilərin
yüksəldilməsini və
insanların həyat səviyyəsinin yaxşılaşdırılmasını
nəzərə alaraq,
Avrasiya regionu ilə bu sahədə
əməkdaşlığı daha da möhkəmləndirməyə
və genişləndirməyə
hazır olduğunu bildirib.
Azərbaycan.-
2018.- 20 sentyabr.- S.7.