Bir sıra ölkələrin parlament
rəhbərləri Azərbaycana səfərə gəliblər
Sentyabrın 20-də bir sıra ölkələrin parlament rəhbərləri – Türkiyə Böyük Millət Məclisinin sədri Binəli Yıldırım, Bəhreyn Şurasının sədri Əhməd bin İbrahim Əl-Mulla, Sudan Milli Assambleyasının sədri İbrahim Əhməd Ömər, Belarus Nümayəndələr Palatasının sədri Vladimir Andreyçenko və ATƏT Parlament Assambleyasının sədri George Tsereteli Azərbaycana səfərə gəliblər.
AZƏRTAC xəbər verir ki, səfərin məqsədi Azərbaycan parlamentinin 100 illiyi münasibətilə keçiriləcək təntənəli iclasda iştirak etməkdir.
Azərbaycanın
və adları qeyd olunan
ölkələrin dövlət bayraqlarının
dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda parlament rəhbərlərini
Milli Məclis sədrinin müavinləri Valeh Ələsgərov, Bahar
Muradova və digər rəsmi şəxslər
qarşılayıblar
Azərbaycan.- 2018.- 21 sentyabr.- S.2.