Misirin “Əl-Əhram”
qəzetində Azərbaycan
Xalq Cümhuriyyəti
haqqında məqalə
dərc olunub
Misir Ərəb Respublikasının
geniş oxucu kütləsinə malik
"Əl-Əhram” qəzetində
Hala Əhməd Zəkinin "Bakı -
100 il bundan öncə həyata keçirilmiş arzunun hekayəsi” adlı məqaləsi dərc edilib.
Müəllif Azərbaycanın
coğrafi mövqeyi, təbii sərvətləri
və strateji əhəmiyyəti, həmçinin
ölkəmizin geostrateji,
geoiqtisadi və geosiyasi önəmi barədə məlumat verir, Azərbaycanın müsəlman Şərqində
ilk demokratik respublika
(1918-1920) olduğunu, 1918-ci il mayın 28-də Azərbaycan xalqının
həyatında misilsiz
hadisənin baş verdiyini, Şərqdə
ilk parlamentli respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin qurulduğunu diqqətə
çatdırır.
Daha sonra müəllif müstəqillik
dövründə parlamentin,
milli ordunun, ilk polis bölməsinin, Bakı Dövlət Universitetinin təsis olunması, müstəqil mətbuatın
formalaşması, AXC-nin
xarici siyasəti, Paris
Sülh Konfransı, dünya birliyi tərəfindən Azərbaycanın
de-fakto tanınması
və həmin dövr üçün vacib hesab edilən
digər məsələlər
barədə söz açır.
Məqalədə Azərbaycanın 1991-ci ildə
yenidən öz müstəqilliyini bərpa
etməsi, 1993-cü ildə
Heydər Əliyevin xalqın tələbi ilə hakimiyyətə gəlməsi ilə Azərbaycanın hərbi
gücünün artırılması,
xarici siyasətin uğurları, atəşkəsin
elan olunması, "Əsrin müqaviləsi”nın
imzalanması, ölkə
iqtisadiyyatının dirçəlməsi
və sair məsələlərə toxunulur.
Məqaləsinin sonunda müəllif sentyabrın
9-da Misir Ərəb Respublikasının "Hivar”
(Dialoq) Siyasi Araşdırmalar və
Media Mərkəzində Emil Rəhimovun müəllifi
olduğu "Azərbaycan
Xalq Cümhuriyyətinin
yaranmasının 100 illiyi”
adlı kitabın təqdimatından bəhs
edir, buradakı çıxışlardan sitatlar
gətirilir.
Azərbaycan. - 2018.- 21 sentyabr.- S.13.