Üç ayda dördüncü görüş

 

İlham Əliyevlə Vladimir Putinin şəxsi dostluğu Azərbaycan-Rusiya münasibətlərinin strateji müttəfiqlik səviyyəsinə çatmasını təmin edib

 

Rusiya Prezidenti Vladimir Putin Azərbaycana səfərə gəlir. Bu, iki ölkənin prezidentlərinin son üç ayda dördüncü, sentyabr ayında isə ikinci görüşü olacaq. Elə bu faktın özü, yəni Rusiya Azərbaycan prezidentlərinin dostluqdan irəli gələn intensiv danışıqları dövlətlərarası münasibətlərə yeni dinamizm verib, əlaqələrdəki etimad mühitini gücləndirib. Ən əsası, hər bir görüş danışıq münasibətlərin strateji xarakterini, iki ölkənin dost tərəfdaş olduğunu təsdiqləyib.

 

Azərbaycan Cənubi Qafqazda Rusiyanın əsas tərəfdaşıdır

 

Bu gün Azərbaycan dünyanın sürətlə inkişaf edən öncül dövlətlərindən biri olmaqla yanaşı, həm tamamilə müstəqil siyasət yeridən ölkə kimi tanınır. Elə buna görə Azərbaycana beynəlxalq səviyyədə yüksək siyasi ehtiram formalaşıb. Çünki bu gün çox az sayda dövlət göstərmək mümkündür ki, müstəqil siyasət yürütsün öz taleyinin sahibi olsun. Hətta hakimiyyət dəyişikliyinə baxmayaraq, boyunduruqdan çıxa bilməyən Ermənistanın vəziyyəti asılı dövlətlərə görkdür.

Azərbaycan isə tamamilə fərqli məcrada inkişaf edir xarici siyasət yürüdür. Rəsmi Bakı həmişə beynəlxalq məsələlərdə müstəqil mövqe nümayiş etdirir, heç vaxt maraqlarına zidd olan razılaşmalara getmir. Eyni münasibəti Azərbaycan dost ölkələrə göstərir, onları beynəlxalq səviyyədə dəstəkləyir. Dünyanın fövqəldövlətlərindən olan Rusiya da bunu görür dəyərləndirir. Müstəqil siyasət yürüdən Azərbaycan son illərdə Qərbin siyasi iqtisadi sanksiyaları ilə üzləşən Rusiyaya dəstək verib. Ölkəmiz antirusiya xarakterli təşəbbüslərə heç vaxt qoşulmayıb. Təsadüfi deyil ki, bu gün Azərbaycanla Rusiya arasındakı siyasi münasibətlər ən yüksək səviyyəyə çatıb.

Azərbaycan Rusiya prezidentləri sonuncu dəfə sentyabrın 1-də Soçildə görüşüblər. Bu görüş, aparılan danışıqlar bir daha iki ölkə arasında əməkdaşlığın daim yüksələn xətt üzrə davam etdiyini göstərdi təsdiq olundu ki, Azərbaycan Rusiyanın Cənubi Qafqazda ən mühüm siyasi-iqtisadi tərəfdaşıdır. Azərbaycan Prezidentinin səfərinə münasibət bildirən tanınmış rusiyalı politoloqlar da iki ölkə arasında münasibətlərin uğurla inkişaf etdiyini strateji xarakter daşıdığını qeyd etdilər.

Soçidə mətbuata bəyanatla çıxışında Prezident İlham Əliyev Azərbaycanla Rusiya arasındakı münasibətləri strateji tərəfdaşların münasibətləri adlandırdı: "Ölkələrimizin dövlət başçıları arasında müntəzəm əlaqələr bizim çox möhkəm bazaya əsaslanan münasibətlərimizə dinamizm verir. Rusiya ilə Azərbaycan arasında münasibətlər strateji tərəfdaşların münasibətləridir. Bu münasibətlər həyatımızın bütün sahələrini əhatə edir”.

 

Əməkdaşlıq bütün sahələrdə inkişaf edir

 

Rusiya ilə Azərbaycan arasında olan yüksək siyasi münasibətlər iqtisadi sferaya da təsirsiz ötüşmür. Məsələn, 2017-ci ilin yekununa görə, Rusiya Azərbaycan arasında əmtəə dövriyyəsi 35 faiz artaraq 2,5 milyard dollara çatıb. Rusiyanın Azərbaycana birbaşa kapital qoyuluşu 1,5 milyard dollar təşkil edib. Azərbaycan bazarında təxminən 700 birgə müəssisə fəaliyyət göstərir. Sahibkarlıq birlikləri arasında, o cümlədən kiçik orta biznes xətti ilə əlaqələr genişlənir. Rusiya-Azərbaycan İşgüzar Şurası təkcə ötən il ümumi dəyəri 450 milyon dollar olan 42 birgə layihəyə dəstək göstərib. Azərbaycanda Rusiyanın enerji şirkətlərindən "Qazprom”, "Transneft "Lukoyluğurla işləyir. Bu ilin ötən dövründə Azərbaycanın qeyri-neft ixracatında Rusiya ilk pillədə qərar tutub. Bu ölkədə Azərbaycanın kənd təsərrüfatı məhsullarına maraq xüsusən çoxdur. Qeyd edək ki, sentyabrın 1-də imzalanan sənədlər əsasən iqtisadi məsələləri əhatə etdi. Bunun özü iki ölkə arasında yüksək siyasi anlaşmanın olmasının təzahürüdür.

İki dövlət arasında regionlararası əməkdaşlıq da getdikcə dərinləşir. Hazırda Rusiyanın 70-dən artıq subyekti Azərbaycanla iqtisadi əlaqələr saxlayır. Həm onlardan 17-si ticari-iqtisadi elmi-texniki əməkdaşlıq barədə çərçivə sazişləri bağlayıb. Növbəti regionlararası forum bu ilin oktyabrında keçiriləcək.

Mədəni humanitar sahələrdə Rusiya ilə Azərbaycan arasında münasibətlər təqdirəlayiqdir. Hazırda 11 minə yaxın azərbaycanlı tələbə Rusiyada təhsil alır. Onlardan minə yaxını Rusiya büdcəsi hesabına oxuyur. Hər il Azərbaycan vətəndaşlarına 200-dən çox təqaüd verilir. Azərbaycanda isə Rusiya ali məktəblərinin filialları, o cümlədən rus dilində olan 340-dan çox məktəb fəaliyyət göstərir, Rusiyanın aparıcı universitetlərinin iki filialı mövcuddur.

Hərbi əməkdaşlıq da bugünkü Azərbaycan-Rusiya münasibətlərinin mühüm qolunu təşkil edir. Azərbaycanın xaricdən aldığı silah-sursatın mühüm bir hissəsi Rusiyanın payına düşür. Prezident İlham Əliyev bu barədə deyib: "Bu gün biz hərbi-texniki sahədə gələcək əməkdaşlığı da müzakirə etdik. Bu əməkdaşlığın artıq böyük ənənələri var. Rusiya ilə Azərbaycan arasında reallaşdırılmış kontraktların həcmi, daha doğrusu, Azərbaycan tərəfindən Rusiyadan alınmış hərbi təyinatlı məhsulların dəyəri 5 milyard dolları keçir bu göstərici artmağa meyillidir. Ona görə ki, Azərbaycan Silahlı Qüvvələrinin modernləşdirilməsini davam etdirir, Rusiya isə dünyada hərbi məhsulların ən mühüm istehsalçısı beynəlxalq bazarların bu məhsullarla təchizatçısıdır”.

Rusiyadan alınan silah-sursat hərbi texnikanın növlərinin siyahısı çox genişdir. Bütün bunlar Azərbaycanın Cənubi Qafqazın hərbi gücünə çevrilməsində böyük rol oynamaqla yanaşı, Ermənistan üzərində əzici üstünlüyünü təmin edir. İki il əvvəl aprelin əvvəllərində cəbhə xəttində baş verənlər göstərdi ki, belə silahlar zamanı gələndə düşmənin məhv edilməsində istifadə edilir. Həmin günlərdə Azərbaycan Ordusu arsenalında olan yeni silahların cüzi bir qismindən istifadə etdi.

Azərbaycanın dəqiq, yüksək qarşısıalınmaz zərbə gücünə malik müasir silahları döyüşlərdə bundan istifadə edərək düşmənə ağır zərbə vurması Ermənistan tərəfində dərin təlaş narahatlıq yaradıb. Təsadüfi deyil ki, onların açıqlamalarında hətta strateji tərəfdaş olduqları Rusiyadan da Azərbaycana ən müasir hərbi texnika satdığına görə inciklik ifadə olunub. Rusiya hökumətinin sədri Dmitri Medvedev müsahibələrinin birində bu məsələyə münasibət bildirərək qeyd etmişdi ki, bütün bunlar hərbi-texniki sahədəki əməkdaşlığa dair sazişlərə əsaslanır əgər Rusiya bundan imtina etsə, silahı başqa yerdən alacaqlar.

D.Medvedevin bu cavabı erməni tərəfinin məyusluğuna səbəb olsa da, təsdiqlənmişdi ki, Rusiya Azərbaycana silah satmaqda davam edəcək Ermənistanın mövqeyi rəsmi Moskva üçün önəmli deyil.

Rusiya Prezdenti Vladimir Putinin Azərbaycana səfəri ölkələrarası münasibətlərin inkişafına yeni töhfə verəcək. Görünən odur ki, iki ölkənin liderləri arasında səmimi dostluq münasibətləri əməkdaşlığın bütün istiqamətlərində əlaqələrin inkişafına kömək edir.

 

Rəşad CƏFƏRLİ

 

Azərbaycan.- 2018.- 25 sentyabr.- S.1; 3.