Monqolustan Prezidenti
Xaltmaaqiyn Battulqa:
"Azərbaycan möhtəşəm
inkişaf edir"
Azərbaycan Respublikasının Prezidenti
İlham Əliyevin sentyabrın 24-də ölkəmizə
işgüzar səfərə
gələn Monqolustan
Prezidenti Xaltmaaqiyn Battulqa ilə görüşü olub.
AZƏRTAC xəbər
verir ki, dövlətimizin başçısı
Monqolustan Prezidentini qarşıladı.
Sonra birgə foto çəkdirildi.
Daha sonra dövlət başçılarının görüşü
oldu.
Monqolustan Prezidenti
Xaltmaaqiyn BATTULQA dedi:
-Cənab Prezident, bizim bir çox vətəndaşlarımız, xüsusilə idmançılarımız,
güləşçilərimiz Bakıdakı çempionatda
iştirak edirlər. Onların hamısı böyük məmnuniyyətlə qeyd
edirlər ki, ölkəniz möhtəşəm
inkişaf edir. Onlar bunu öz gözləri
ilə görürlər.
Biz yerə enərkən
təyyarədən görünürdü
ki, siz çoxlu
ağac əkmisiniz, çox təmiz küçələriniz var,
çoxlu sayda müasir binalar, idman qurğuları inşa edilib. Bütün bunlar daha çox
gəncin idmana yiyələnməsi üçündür
və bu, böyüyən nəslin
tərbiyəsinə müsbət
təsir göstərir.
Azərbaycan Prezidenti
İlham ƏLİYEV dedi:
-Cənab Prezident, Sizi görməyimə çox
şadam. Azərbaycana xoş gəlmisiniz.
Seçkilərdə qələbə münasibətilə
məni təbrik etmək üçün zəng vuranda söhbət zamanı biz Bakıda görüşməklə
bağlı razılığa
gəldik. Mən Sizi dəvət
etdim. Şadam ki, Siz Bakıya gəlmisiniz.
Siz tanınmış
cüdoçusunuz, buna
görə də yarışları izləmək
Sizin üçün
maraqlı olacaq.
Bu görüş
bizim ikitərəfli gündəliyimizi, əməkdaşlığımızı
gücləndirmək, o cümlədən
idman sahəsində qarşılıqlı fəaliyyəti
inkişaf etdirməklə
bağlı bir çox məsələlərə
dair fikir mübadiləsi aparmaq üçün yaxşı
fürsətdir. Siz qeyd etdiniz ki, burada çox
idman qurğuları
var. Bu, belədir. Biz
son zamanlar çoxlu idman obyektləri, stadionlar inşa etmişik və nəticələr çox
yaxşıdır. Bizim idmançılarımız
Rio de Janeyrodakı Olimpiadada
18 medal qazanıblar və
idmanın bir çox növlərində,
o cümlədən cüdoda
da yaxşı nəticələr göstərirlər.
Bir daha xoş gəlmisiniz.
Mən əminəm ki, Azərbaycana səfəriniz Sizin
üçün xoş
olacaq.
Görüşdə iqtisadi, kənd təsərrüfatı, ticarət,
investisiya, turizm, informasiya-kommunikasiya texnologiyaları,
tranzit daşımalar,
humanitar, təhsil, xalçaçılıq və
Monqolustan tərəfinin
Azərbaycan peykinin imkanlarından istifadəsi
və "ASAN xidmət”
təcrübəsinin bölüşülməsi
ilə bağlı məsələlər müzakirə
olundu.
Söhbət zamanı, həmçinin
beynəlxalq təşkilatlar
çərçivəsində əməkdaşlığa dair
fikir mübadiləsi aparıldı.
Sonda
xatirə şəkli çəkdirildi.
Azərbaycan.- 2018.- 25 sentyabr.- S.1.