Monqolustan Prezidenti cüdo üzrə dünya
çempionatının yarışlarına baxılıb
Azərbaycanda işgüzar səfərdə olan Monqolustan Prezidenti Xaltmaaqiyn Battulqa sentyabrın 25-də Milli Gimnastika arenasında cüdo üzrə dünya çempionatının yarışlarına baxıb.
AZƏRTAC xəbər verir ki, çempionatda kişilər arasında 100 kiloqram çəki dərəcəsində çıxış edən monqolustanlı idmançı Otqonbaatar Lxaqvasuren yarımfinal mərhələsində gürcüstanlı Varlam Liparteliani ilə qarşılaşıb. Gərgin idman mübarizəsi şəraitində keçən görüşdə Monqolustan idmançısı məğlub olub. Otqonbaatar Lxaqvasuren bürünc medal uğrunda görüşdə gücünü sınayacaq.
Qeyd edək ki,
dünya çempionatında 250 ölkədən
800-dək cüdoçu birincilik
uğrunda mübarizə aparır.
Azərbaycan.- 2018.- 26 sentyabr.- S.6.