Azərbaycanın XİN rəhbəri GUAM-Yaponiya
Nazirlər görüşündə iştirak
edib
Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarov BMT Baş Assambleyasının 73-cü sessiyası çərçivəsində keçirilmiş GUAM-Yaponiya Nazirlər görüşündə iştirak edib. Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, iclasın yekununda "GUAM-Yaponiya mətbuat açıqlaması” qəbul edilib.
Mətbuat açıqlamasında tərəflər BMT Nizamnaməsində əks olunmuş prinsiplər də daxil olmaqla, beynəlxalq hüququn hamılıqla qəbul edilmiş norma və prinsiplərini bir daha təsdiq ediblər və GUAM məkanındakı münaqişələrin suverenlik, ərazi bütövlüyü və dövlətlərin beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına hörmət prinsipləri əsasında tezliklə həllinə yönəlik beynəlxalq səylərinin əhəmiyyətini vurğulayıblar.
Həmçinin, tərəflər regional və regionlararası müstəvilərdə sülh, təhlükəsizlik və sabitliyin təmin olunması məqsədi daşıyan genişləndirilmiş GUAM-Yaponiya əməkdaşlığının mühüm əhəmiyyətini qeyd ediblər və əlaqələrini gələcəkdə daha da genişləndirmək və möhkəmləndirməyə davam edəcəkləri öhdəliklərini bir daha təsdiq ediblər.
Hər iki tərəf yalnız GUAM-Yaponiya
əməkdaşlığı üzrə deyil,
həmçinin bir sıra regional və qlobal məsələlər
üzrə yüksək səviyyəli dialoqu
qoruyub saxlamağa
maraqlı və hazır olduqlarını bir
daha təsdiq ediblər.
Azərbaycan.-
2018.- 26 sentyabr.- S.7.