“Azərbaycan Respublikası və Latviya Respublikası arasında iqtisadi,
elmi-texniki və mədəni əməkdaşlıq
üzrə Hökumətlərarası Komissiyanın Azərbaycan
Respublikası tərəfindən yeni tərkibinin
təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 24 iyul tarixli 417 nömrəli
Sərəncamında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası
Prezidentinin Sərəncamı
Azərbaycan Respublikası
Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini
rəhbər tutaraq qərara alıram:
1. "Azərbaycan
Respublikası və Latviya Respublikası arasında iqtisadi, elmi-texniki və mədəni əməkdaşlıq
üzrə Hökumətlərarası
Komissiyanın Azərbaycan
Respublikası tərəfindən
yeni tərkibinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin
2009-cu il 24 iyul tarixli 417 nömrəli Sərəncamının (Azərbaycan
Respublikasının Qanunvericilik
Toplusu, 2009, ¹ 7, maddə
593; 2012, ¹ 2, maddə 103; 2014, ¹ 2, maddə 112, ¹ 6, maddə
644, ¹ 11, maddə 1414; 2016, ¹ 8, maddə 1384, ¹ 9, maddə
1518; 2017, ¹ 4, maddə 580) 1-ci hissəsi ilə yaradılmış komissiyanın
tərkibi aşağıdakı
redaksiyada verilsin:
"Komissiyanın həmsədri
Azərbaycan Respublikasının
ekologiya və təbii sərvətlər
naziri
Komissiyanın üzvləri
Azərbaycan Respublikası
xarici işlər nazirinin müavini
Azərbaycan Respublikası
iqtisadiyyat nazirinin müavini
Azərbaycan Respublikası
energetika nazirinin müavini
Azərbaycan Respublikası
mədəniyyət nazirinin
müavini
Azərbaycan Respublikası
təhsil nazirinin müavini
Azərbaycan Respublikası
nəqliyyat, rabitə
və yüksək texnologiyalar nazirinin müavini
Azərbaycan Respublikası
Dövlət Turizm Agentliyinin sədri
Azərbaycan Respublikası
Dövlət Gömrük
Komitəsi sədrinin
müavini
Azərbaycan Respublikası
Mərkəzi Bankı
sədrinin müavini
Azərbaycan Respublikasının
Latviya Respublikasında
fövqəladə və
səlahiyyətli səfiri.”.
2. Azərbaycan
Respublikasının Xarici
İşlər Nazirliyi
bu sərəncamın
1-ci hissəsi ilə edilən dəyişiklik barədə Latviya Respublikası tərəfinə
bildiriş göndərsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri,
26 sentyabr 2018-ci il
Azərbaycan.- 2018.- 27 sentyabr.- S.2.