Azərbaycan Respublikasının
Qızılağac Milli Parkının
yaradılması haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan Respublikası
Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini
rəhbər tutaraq xüsusi mühafizə olunan təbiət əraziləri şəbəkəsinin
genişləndirilməsini, biomüxtəlifliyin qorunub
saxlanılmasını, təbii
resurslardan səmərəli
istifadəsini və ekoturizmin inkişafını
təmin etmək məqsədi ilə qərara alıram:
1. Kiçik Qızılağac Dövlət
Təbiət Yasaqlığına
aid torpaqlardan 10390,89 hektar
və Neftçala rayonunun inzibati ərazisində yerləşən
dövlət ehtiyat fondu torpaqlarından 309,11 hektar ayrılmaqla, Qızılağac Dövlət
Təbiət Qoruğunun
(88360,0 hektar) bazasında
bu sərəncama əlavə edilən yerquruluşu planında göstərilmiş 99060,0 hektar
sahədə Azərbaycan
Respublikasının Qızılağac
Milli Parkı yaradılsın.
2. Azərbaycan
Respublikasının Nazirlər
Kabineti bu sərəncamdan irəli gələn məsələləri
həll etsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri,
26 sentyabr 2018-ci il
Azərbaycan.- 2018.- 27 sentyabr.- S.2.