M.Q.Quliyevə general-polkovnik ali hərbi rütbəsinin verilməsi
haqqında
Azərbaycan Respublikası
Prezidentinin Sərəncamı
Azərbaycan Respublikası
Konstitusiyasının 109-cu maddəsinin 24-cü bəndini
rəhbər tutaraq qərara alıram:
Azərbaycan Respublikası
Dövlət Təhlükəsizliyi
Xidmətinin rəisi Mədət Qəzənfər
oğlu Quliyevə
general-polkovnik ali hərbi rütbəsi verilsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri,
26 sentyabr 2018-ci il
Azərbaycan.- 2018.- 27 sentyabr.-
S.2.