Azərbaycan Respublikasının “Azərkosmos” Açıq
Səhmdar Cəmiyyəti ilə Fransa
Respublikasının Milli Kosmik
Tədqiqatlar Mərkəzi arasında kosmos
sahəsində birgə fəaliyyətlərə dair Çərçivə Sazişinin
təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası
Prezidentinin Fərmanı
Azərbaycan Respublikası
Konstitusiyasının 109-cu maddəsinin 17-ci bəndini
rəhbər tutaraq qərara alıram:
1. Azərbaycan Respublikasının "Azərkosmos”
Açıq Səhmdar
Cəmiyyəti ilə
Fransa Respublikasının
Milli Kosmik Tədqiqatlar Mərkəzi
arasında kosmos sahəsində birgə fəaliyyətlərə dair
2018-ci il iyulun 20-də Paris şəhərində
imzalanmış Çərçivə
Sazişi təsdiq edilsin.
2. Bu fərmanın
1-ci hissəsində göstərilən
Çərçivə Sazişi
qüvvəyə mindikdən
sonra "Azərkosmos”
Açıq Səhmdar
Cəmiyyəti onun müddəalarının həyata
keçirilməsini təmin
etsin.
3. Azərbaycan
Respublikasının Xarici
İşlər Nazirliyi
Çərçivə Sazişinin
qüvvəyə minməsi
üçün zəruri
olan dövlətdaxili
prosedurların yerinə
yetirildiyi barədə
Fransa Respublikasının
Milli Kosmik Tədqiqatlar Mərkəzinə
bildiriş göndərsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri,
26 sentyabr 2018-ci il
Azərbaycan.- 2018.- 27 sentyabr.- S.2.