Azərbaycan üçüncü peykini orbitə göndərdi

 

Prezident İlham Əliyev bu əlamətdar hadisəni ölkəmizin növbəti tarixi nailiyyəti, şanlı qələbəsi kimi səciyyələndirdi

 

190 milyon dollarlıq "Azerspace 2” 400 milyon dollar gəlir gətirəcək

 

Sentyabrın 26-sında şanlı tariximizdə daha bir əlamətdar gün yaşandı. Bakı vaxtı ilə saat 2:38 radələrində Fransız Qvianasında yerləşən kosmodromdan - Qviana Kosmik Mərkəzindən "Azerspace 2” peykimiz uğurla orbitə buraxıldı.

Peyk Fransanın "Arianespace” şirkətinə məxsus "Ariane 5” daşıyıcı raketi ilə orbitə çıxdı startdan təqribən 42 dəqiqə sonra raketin gövdəsindən uğurla ayrıldı. Bu, müstəqil Azərbaycanın "Azerspace 1” telekommunikasiya peyki "Azərskymüşahidə peykindən sonra orbitə çıxan sayca 3-cü peyki oldu.

"Azərkosmos”dan qəzetimizə verilən məlumata görə, "Azerspace 2” peyki ABŞ-ın "Space Systems/Loral” şirkəti tərəfindən yüksək etibarlı "SSL 1300” peyk platforması əsasında istehsal olunub. Peykin orbitdə yanacaq ömrü minimum 20 il təşkil edəcək.

Avropa, Mərkəzi Cənub-Qərbi Asiya, Yaxın Şərq Tropik Afrika ölkələrini əhatə edəcək peyk regionda dövlət özəl qurumlara şəbəkə xidmətləri sahəsində artmaqda olan tələbləri qarşılamaq üçün yüksək texniki imkanlar, əlverişli əhatə zonası keyfiyyətli xidmət təklif edəcək. Yeni peyk "Azərkosmos”un xidmət spektrinin fəaliyyət coğrafiyasının genişləndirilməsi ilə yanaşı, həm birinci telekommunikasiya peyki - "Azerspace 1”in orbitdəki ehtiyatı olacaq. Bu da öz növbəsində "Azərkosmos”a bugünədək ehtiyat peykin olmaması səbəbindən iştirak edə bilmədiyi irihəcmli beynəlxalq tenderlərdə iştirak etmək imkanı yaradacaq.

Yeni peyk "Azərkosmos”un təbiətinə görə kifayət qədər mühafizəkar yüksək rəqabətli peyk xidmətləri bazarındakı dəyər təklifini mövqeyini gücləndirəcək. Onu da əlavə edək ki, "Azerspace 2” peyki hələ orbitə buraxılmamış artıq onun tutumlarının 46 faizi dünyanın peyk xidmətləri üzrə aparıcı şirkəti olan "İntelsatşirkətinə satılıb. Bu müqavilə üzrə ödənişlər layihə dəyərinin maliyyələşmə xərclərinin 60 faizinin geri qaytarılmasını təmin edəcək. Hazırda peykin qalan tutumlarının satışı ilə əlaqədar digər ölkələrlə aktiv biznes danışıqları aparılır.

Ümumilikdə, dəyəri 190 milyon dollar olan "Azerspace 2” peykinin ölkə iqtisadiyyatına 400 milyon dollar gəlir gətirəcəyi proqnozlaşdırılır.

Bütün bunlar əlbəttə ki, ilk növbədə, Prezident İlham Əliyevin ölkədə kosmik sənayenin yaradılmasına sonrakı inkişafına, informasiya texnologiyalarının yüksəlməsinə verdiyi xüsusi önəmin gəstəricisidir. Üçüncü orbitimizin uğurla peykə buraxılması, Cənubi Qafqazın lideri, Avrasiyanın nəqliyyat-logistik tranzit qovşağı hesab olunan müstəqil Azərbaycan həm regional kosmik sənaye mərkəzinə çevrildiyini bir daha təsdiqlədi.

Tarixinin ən qüdrətli dövrünü yaşayan müstəqil Azərbaycan artıq orbitdə özünün telekommunikasiya peyki olan azsaylı ölkələrdən biridir. Əlbəttə ki, informasiya-kommunikasiya texnologiyalarının inkişafı uğurlu gələcəyimizin təminatıdır. Bu uğurla ölkəmiz telekommunikasiya sahəsində xarici tərəfdaşlardan asılılığını da aradan götürüb. Onu da əlavə edək ki, kosmik sənayedə əldə etdiyi uğurlar ölkəmizin qeyri-neft sənayesinin davamlı inkişafına da böyük töhfə verəcək.

İlham Əliyevin bu uğur münasibəti ilə xalqa ünvanladığı təbrikdə söylədiyi kimi, qısa müddət ərzində dünyanın kosmik klubunun dəyərli üzvünə çevrilən Azərbaycan qarşıya qoyduğu bütün vəzifələri uğurla icra edir, respublikamız dünyada müasir texnologiyaların inkişafında öz dəyərli sözünü deyir.

Bir sözlə, 3-cü peykimizin orbitə buraxılması kosmik sahədə beynəlxalq əməkdaşlıq üçün çox möhkəm zəmin yaradır. Belə ki, "Azərkosmosbeynəlxalq kosmik layihələr çərçivəsində xarici dövlətlərin kosmik agentlikləri ilə kosmosdan dinc məqsədlərlə istifadə üzrə qarşılıqlı fayda gətirən əməkdaşlıqlar qurur ki, bu da öz növbəsində, müstəqil Azərbaycanın beynəlxalq ictimaiyyət qarşısında intellektual nüfuzunun daha da möhkəmlənməsinə xidmət edir.

 

Rəşad BAXŞƏLİYEV

 

Azərbaycan.- 2018.- 27 sentyabr.- S.1.