Roma Papası Azərbaycanın dinlərarası, mədəniyyətlərarası
dialoqa mühüm
töhfələr verdiyini bəyan etdi
Mehriban Əliyeva
ilə görüşündə
Fransisk Heydər Əliyev Fondunun çoxşaxəli fəaliyyətini
yüksək qiymətləndirdi
Azərbaycan Respublikasının Birinci
vitse-prezidenti Mehriban Əliyeva İtaliyaya rəsmi səfəri çərçivəsində sentyabrın 26-da Roma Papası
Fransisk ilə görüşüb.
AZƏRTAC-ın
xüsusi müxbiri xəbər verir ki, görüşdə Müqəddəs Taxt-Tac ilə Azərbaycan arasında əlaqələrin
yüksək səviyyəsindən
məmnunluq ifadə olundu, əməkdaşlığımızın
mədəni irsin qorunması sahəsində
daha da genişləndiyi
vurğulandı. Azərbaycanın dinlərarası, mədəniyyətlərarası dialoqa mühüm töhfələr verdiyi qeyd edildi.
Söhbət zamanı Heydər Əliyev Fondunun çoxşaxəli fəaliyyəti,
Fondun xristian abidələrinin qorunması,
bərpası istiqamətində
gördüyü işlər
yüksək qiymətləndirildi.
Birinci vitse-prezident Mehriban Əliyeva Azərbaycan Prezidenti İlham Əliyevin salamlarını
Roma Papasına çatdırdı.
Papa Fransisk Prezident İlham Əliyevin salamlarına görə
minnətdarlığını bildirdi, onun da salamlarını
dövlətimizin başçısına
çatdırmağı xahiş etdi.
Azərbaycan.- 2018.-27 sentyabr.- S.1; 3.