Müqəddəs Taxt-Tac Azərbaycanı Şərq ilə Qərb arasında özünəməxsus mədəniyyət körpüsü kimi qəbul edir

 

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva sentyabrın 26-da Müqəddəs Taxt-Tacın dövlət katibi kardinal Pietro Parolin ilə görüşüb.

AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, görüşdə Azərbaycanın Şərq ilə Qərb arasında özünəməxsus mədəniyyət körpüsü rolu oynadığı bildirildi, ölkəmizdə əsrlər boyu formalaşmış tolerantlıq ənənələri, multikultural mühit yüksək qiymətləndirildi.

Söhbət zamanı Azərbaycanın mədəniyyətlərarası və dinlərarası dialoqun möhkəmlənməsinə verdiyi töhfələr, bununla bağlı ölkəmizdə keçirilən beynəlxalq tədbirlər, xüsusilə də Heydər Əliyev Fondunun bu istiqamətdə gördüyü işlər, reallaşdırdığı mühüm layihələr qeyd edildi.

 

Azərbaycan.- 2018.-27 sentyabr.- S.3.