Mehriban Əliyevadan dünya mədəniyyətinə
növbəti töhfə
Azərbaycanın Birinci
vitse-prezidenti Romada Heydər Əliyev Fondu tərəfindən bərpa edilən Müqəddəs Sebastian katakombalarının
açılışını edib
Romada Heydər Əliyev Fondu tərəfindən bərpa edilən Müqəddəs Sebastian katakombalarının
sentyabrın 26-da açılışı
olub.
AZƏRTAC xəbər
verir ki, Azərbaycan Respublikasının
Birinci vitse-prezidenti Mehriban Əliyeva açılış mərasimində
iştirak edib.
Kardinal Can-Franko Ravazi Birinci
vitse-prezident Mehriban Əliyevanı qarşıladı.
Sonra Heydər Əliyev Fondu tərəfindən bərpa edilən Müqəddəs Sebastian katakombalarının
açılışı oldu.
Birinci vitse-prezident Mehriban Əliyeva və Kardinal Can-Franko Ravazi rəmzi açılışı bildirən
lenti kəsdilər.
Burada Heydər Əliyev Fondu tərəfindən aparılan bərpa işlərinə 2016-cı ildə
başlanılıb. Görülən işlərə görə
Azərbaycanın Birinci
vitse-prezidentinə minnətdarlıq
ifadə olundu. Bildirildi ki, bərpa işləri mükəmməl
həyata keçirilib.
Ümumilikdə, katakombalarda 8 minə
yaxın sərdaba yerləşir. Katakombaların zəngin tarixi var. Onlar bütün xristian dünyası üçün mühüm
əhəmiyyət daşıyır.
Katakombalar təbii və
ya süni yeraltı məntəqələrdir.
Onlar çox dar dəhlizlərdən ibarət
olur. Əvvəllər Romada müqəddəs
Sebastian kilsəsinin altında
yerləşən dəfn
qalereyalarına katakombalar
deyilirdi. Bu katakombalar 1578-ci ildə aşkarlanıb. Buradakı bəzi
abidələrin yaşı
III əsrə gedib çıxır.
Qeyd edək
ki, bundan əvvəl
Heydər Əliyev Fondunun təşəbbüsü
ilə Müqəddəs Marçellinio və
Pietro katakombaları da
bərpa olunub. Dünya mədəniyyəti,
xüsusilə də xristianlar üçün böyük
mənəvi dəyəri olan katakombaların
müsəlman ölkəsi Azərbaycanın Heydər
Əliyev Fondu tərəfindən bərpa
edilməsi ölkəmizin dinlərarası və mədəniyyətlərarası
dialoqa verdiyi növbəti
töhfədir. Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun
dünya əhəmiyyətli tarixi, dini, mədəni
abidələri bərpa etməsi həm də ümumilikdə,
ölkəmizin təbliği, dünyada
layiqincə təmsil olunması baxımından mühüm əhəmiyyətə malikdir.
Azərbaycan.-
2018.-27 sentyabr.- S.3.