İtaliya Prezidenti tərəfindən Azərbaycanın
Birinci vitse-prezidentinin
şərəfinə rəsmi nahar verilib
Sentyabrın 26-da İtaliya Respublikasının
Prezidenti Sercio Mattarella tərəfindən
Azərbaycan Respublikasının
Birinci vitse-prezidenti xanım Mehriban Əliyevanın şərəfinə
rəsmi nahar verilib.
AZƏRTAC xəbər
verir ki, Prezident Sercio Mattarella Birinci vitse-prezident Mehriban Əliyevanı qarşıladı.
Azərbaycanın nümayəndə heyəti
Prezident Sercio Mattarellaya, İtaliyanın
dövlət və hökumət rəsmiləri
Birinci vitse-prezident Mehriban Əliyevaya təqdim olundu.
Sonra birgə foto çəkdirildi.
Daha sonra İtaliya Prezidenti tərəfindən Azərbaycanın
Birinci vitse-prezidentinin
şərəfinə rəsmi nahar verildi.
Azərbaycan.-
2018.-27 sentyabr.- S.4.