Azərbaycan ilə
San-Tome və Prinsipi Demokratik Respublikası arasında diplomatik əlaqələr qurulub
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun
Nyu-Yorkda San-Tome və
Prinsipi Demokratik Respublikasının xarici işlər və icmalar naziri Urbino Botelho ilə görüşü
keçirilib.
AZƏRTAC xəbər
verir ki, BMT Baş Assambleyasının
73-cü sessiyası çərçivəsində
keçirilən görüş
zamanı tərəflər
"Azərbaycan Respublikası
və San Tome və Prinsipi Demokratik Respublikası arasında diplomatik əlaqələrin
yaradılmasına dair
birgə kommunike" sənədi imzalayıblar.
Azərbaycan.-
2018.- 27 sentyabr.- S.4.