Azərbaycanda ilk dəfə olaraq Nəsimi - şeir, incəsənət və mənəviyyat festivalı başlayıb

 

Festival çərçivəsində Şamaxıda şeir-musiqi məclisi keçirilib

 

Sentyabrın 27-də Azərbaycanda ilk dəfə olaraq Nəsimi - şeir, incəsənət və mənəviyyat festivalına start verilib. Heydər Əliyev Fondunun təşkilatçılığı və Mədəniyyət Nazirliyinin dəstəyi ilə keçirilən festivalın ideya müəllifi fondun vitse-prezidenti Leyla Əliyevadır. Möhtəşəm söz-sənət bayramı dahi sənətkarın doğulduğu Şamaxı şəhərindən start götürübdörd gün davam edəcək.

AZƏRTAC xəbər verir ki, festivalın birinci günü Şamaxıda İmadəddin Nəsiminin büstü önündə şeir-musiqi məclisi təşkil olunub. İmadəddin Nəsiminin (1369-1417) fəlsəfi baxışlarını əks etdirən "Simadan - asimana” və onun öz kəlamından götürülən "Zərrə mənəm, günəş mənəm...” şüarları ilə təşkil olunan mərasimdə Azərbaycanın tanınmış alimləri, yazıçı və şairləri, mədəniyyət və incəsənət xadimləri, xarici ölkələrdən, o cümlədən Rusiyadan, Çindən, ərəb ölkələrindən gələn qonaqlar iştirak ediblər.

Mərasimdə çıxış edən mədəniyyət naziri Əbülfəs Qarayev Şamaxının qədim tarixi, böyük sənətkarları barədə danışıb, dahi mütəfəkkir İmadəddin Nəsiminin ədəbi yaradıcılığından, fəlsəfi baxışlarından bəhs edib. Vurğulayıb ki, Nəsiminin adı Azərbaycan xalqı üçün həmişə iftixar mənbəyi olacaq.

Sonra söz musiqiçilərə verilib. Xalq artisti Alim Qasımovun ifasında səslənən muğamlar iştirakçılarda Nəsimi dünyasının möcüzələrini yaşadıb.

Daha sonra festivalın iştirakçıları İmadəddin Nəsiminin qardaşı Şaxəndanın, habelə görkəmli şair Seyd Əzim Şirvaninin dəfn olunduqları Şaxəndan qəbiristanlığını ziyarət ediblər. Hələbdən gələn, İmadəddin Nəsiminin nəslindən olan Məhəmməd Nəsimi burada böyük şair və mütəfəkkirin qəbri üzərində dua oxuyub. O, bu anı ona bəxş edən festivalın təşkilatçısı olan Heydər Əliyev Fondunafondun vitse-prezidenti Leyla Əliyevaya minnətdarlığını bildirib.

 

Azərbaycan.- 2018.- 28 sentyabr.- S. 8.