İsmayıllıda regional seminar
Dünən İsmayıllı rayonunda
Birləşmiş Millətlər
Təşkilatının Ərzaq
və Kənd Təsərrüfatı Təşkilatının
(FAO) Təbii Sərvətlər
və Həyat Elmləri Universitetinin texniki və elmi dəstəyi ilə "Azərbaycanda Dayanıqlı İnkişaf
Məqsədlərinin (DİM) həyata keçirilməsində
potensialların artırılmasına
dəstək” layihəsi
çərçivəsində regional
seminar keçirilib. "Azərbaycanda DİM-lərin
icrası üçün
yerli dövlət özəl fərdi şəxslər arasında
əməkdaşlıq” mövzusu
seminarın gündəliyində
olub.
İsmayıllı Rayon İcra Hakimiyyətinin
başçısı Mirdaməd
Sadıqov regional seminarı
açaraq qeyd edib ki, seminarın
təşkilatçıları, xüsusilə FAO-nun Tərəfdaşlıq
və Əlaqələndirmə
Ofisi, onun rəhbəri xanım Mələk Çakmak çox xeyirxah bir məqsədlə bu rayona gəlib.
Burada iştirak edən fermerlər, kənd təsərrüfatı
işçiləri, özəl
iş sahibləri, mütəxəssislər diqqətlə
öyrəndiklərini öz
fəaliyyət sahələrində
tətbiq etməklə
uğurları artıra
bilərlər. O deyib
ki, kənd təsərrüfatı istehsalını
artırmaq üçün
zamana uyğun aqrar idarəetmə metodlarına diqqət yetirilməlidir. Kiçik torpaq sahibkarlığına
son qoyub, kooperativlər,
aqrokomplekslər, aqrokombinatlar
yaratmaqla yeni təsərrüfatçılığa keçmək məqsədəuyğundur.
Torpaq sahibləri arasında torpaq yox, ondan
götürülən məhsul
bölünsə daha
yaxşıdır. Artıq İsmayıllıda
belə nümunələr
var.
Sonra tədbiri
FAO-nun tərəfdaşlıq və Əlaqələndirmə
Ofisinin rəhbəri
FAO-nun nümayəndəsi Mələk Çakmak aparıb.
Kənd təsərrüfatı nazirinin
müavini Seyfəddin
Talıbovun mövcud vəziyyətə əsaslanan
çıxışı seminar iştirakçıları tərəfindən
yüksək səviyyədə
dəyərləndirilib.
Vyana Universitetinin
İnkişaf Tədqiqatları
Mərkəzinin əməkdaşı
Həmid El Bilali "Dayanıqlı inkişaf üçün 2030-cu il gündəliyində ərzaq
və kənd təsərrüfatı” mövzusunda
çıxış edib. İştirakçı
fermerlərə və
iş adamlarına dəyərli məsləhətlər
verib.
Azərbaycan Respublikası İqtisadiyyat
nazirinin müavini Sevinc Həsənova FAO-nun
iqtisadi qurumlarla əməkdaşlıq şəraitində
gördüyü işlərin
yüksək nəticələrindən
danışıb.
Proqram, monitorinq
və qiymətləndirmə
üzrə mütəxəssis
Natəvan Aslanovanın
"FAO-nun Azərbaycanda DİM-lərin tətbiqinə dəstəyi” mövzusunda
çıxışı dinlənilib.
Kənd
Təsərrüfatı Nazirliyinin
əməkdaşı Həsən
Quliyev, İqtisadi və Sosial İnkişaf Mərkəzinin
əməkdaşı Əhməd
Əlili, İsmayıllı
Dövlət Aqrar İnkişaf Mərkəzinin
direktoru Həsən Həsənov, Sahibkarlar Təşkilatları Milli
Konfederasiyasının hüquq
şöbəsinin müdiri
Xəqan Hümmətov
və "Azza-aqro”
MMC-nin şöbə
müdiri Nicat Vəliməmmədov gündəlikdə
olan mövzularla bağlı çıxış
ediblər.
Seminar suallar cavablandırılmaqla
yekunlaşıb.
Əli SƏLİMOV
Azərbaycan.- 2018.- 28 sentyabr.- S. 8.