Zaqatalanın suvarma suyu ilə təminatı daha da yaxşılaşacaq

 

Bu gün kəndlinin üzünün gülən vaxtıdır. O, əziyyətlə əkib-becərdiyi məhsulu toplayır. Amma o da bəllidir ki, kəndlinin bol məhsul götürməsinin başlıca amillərindən biri su ilə bağlıdır. Zaqatala rayonunda bu istiqamət üzrə çox işlər görülüb.

Rayonda əkin sahələri əsasən Muxax, TalaKatex çayları, Qanıx çayı vadisi boyunca isə qara sularla suvarılır. Rayondakı 15 min 562 hektar suvarılan torpaqların su təminatının yaxşılaşdırılması, suvarma suyu ilə fasiləsiz təmin edilməsi, su ehtiyatlarından qənaətlə və səmərəli istifadə edilməsi üçün 550 kilometrə yaxın uzunluğunda təsərrüfatdaxili su kanallarından və onların üzərindəki 37 hidrotexniki qurğulardan istifadə edilir.

Mövcud suvarma kanalları əsasən torpaq məcralıdır. Onlardan 18,2 kilometr beton üzlüklü kanallardır. Alazan nasos stansiyası ərazisində isə 124,7 kilometr uzunluğunda qapalı boru kəmərləridir. Qeyd olunanlarla yanaşı, rayonda 180 kilometrə yaxın uzunluğunda kollektor-drenaj şəbəkəsi mövcuddur.

Muxax çay sistemində suvarma şəbəkəsinin yenidən qurulması məqsədilə "Azərbaycan suvarma-drenaj infrastrukturunun bərpası yenidən qurulması layihəsiçərçivəsində 8444 metr uzunluğunda kanallara beton üzlük çəkilib. Bundan başqa, 37 min 120 metr torpaq kanallar qazılıb, kanallar üzərində 223 hidrotexniki qurğu tikilib.

Cari ildə Rayon Suvarma Sistemləri İdarəsi tərəfindən 206 min kubmetr həcmində suvarma kanalları lildən təmizlənib, çaylarda əkin sahələrinin yaşayış məntəqələrinin sel təhlükəsindən mühafizə edilməsi üçün bəndlər təmir edilib, 120 paqonometr uzunluğunda suvarma kanalları beton üzlüklə örtülüb, 8 hidrotexniki qurğu təmir olunub.

Muxax çayın sağ sol sahilində, Çobankol kəndi ərazisində 1390 kubmetr təmir işi görülüb. Muxax çayın sol sahilində Suvagil kəndi ərazisində 312 qabion bənd qurulub. Rayonun bütün çaylarında sel sularından mühafizə məqsədilə 676 min kubmetr həcmində çay yataqları təmizlənib. Göyəm, Süvagil, Yolayrıc Dardoqqaz kəndlərinin mühafizə edilməsi üçün bənd tikintisi ilə əlaqədar müvafiq orqanlar qarşısında məsələ qaldırılıb.

Zaqatala Melioservis İdarəsi tərəfindən cari ildə çay yataqlarının suvarma kanallarının təmizlənməsi sel sularından mühafizə üçün işlər görülüb.

Torpaqların münbitliyinin suvarılan torpaq sahələrinin artırılması istiqamətində işlər davam etdirilir. 6 kəndin 2101 hektar əkin sahəsinin suvarılmasına xidmət edən Qanıx çayı üzərindəki iki pilləli Alazan nasos stansiyası bərpa edilir. Cari ilin mart-aprel aylarından Mosul, Kəpənəkçi, Yengiyan, Qandax, Faldarlı Muğanlı kəndlərinin suvarma şəbəkəsi bərpa edilərək sahələrə qrafik əsasında su verilir. Su pulunun yığılması da normaldır nasos stansiyası sutka ərzində 8-10 saat işləyir.

Prezidentin "Əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırması əhalinin içməli suya olan təlabatının ödənilməsinə dair əlavə tədbirlər haqqında” 5 iyun 2017-ci il tarixli sərəncamının icrası çərçivəsində Əliabad qəsəbəsində, Muxax, Lahıc, Yengiyan, Yuxarı Tala Dağlıl kəndlərində subartezian quyularının qazılması başa çatdırılıb.

Dövlət başçısının "Əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması əhalinin içməli suya olan tələbatının ödənilməsinə dair əlavə tədbirlər haqqında” 12 mart 2018-ci il tarixli sərəncamının icrası çərçivəsində Zaqatalada subartezian quyusunun qazılması nəzərdə tutulub. Zaqatala şəhəri ərazisində, Bəhmətli, Kürdəmir, Muğanlı, Faldarlı, Qandax, Kəpənəkçi, Car kəndlərində Əliabad qəsəbəsində subartezian quyularının qazılması başa çatdırılıb. Hazırda Dağlı kəndində gedir. Bu il 22 subartezian quyusu da təmir-bərpa edilərək xəttə qoşulma vəziyyətinə gətirilib.

Rayonda mövcud olan suayırıcılardan verilən suyun miqdarı 35 min 254 kubmetrdir. Həmin su taxıl, dən qarğıdalı, tütün, tərəvəz, yem bitkiləri, bağ həyətyanı ərazilərə verilərək 15 min 512 hektar torpaq sahələrinin suvarılmasını təmin edib.

Suvarmanın daha mütəşəkkil keçirilməsi məqsədilə Əliabad qəsəbəsində, Aşağı Tala Qımır kəndlərində sudan istifadə edənlər birlikləri (SİB) yaradılıb. SİB-lər istifadəsində olan meliorasiya irriqasiya sistemlərinin istismarını, suvarma suyunun paylanmasını, su təchizatı müəssisəsindən suyun satın alınmasını, istifadəsində olan meliorasiya irriqasiya sistemlərinin bərpasını təmin edir.

Avqustun ortalarında aramsız yağan yağışlar nəticəsində rayon ərazisindən axan Katex, Tala, Muxax, Bəkməz Miciqar çaylarında suyun səviyyəsi qalxıb nəticədə torpaq bəndləri yuyub. Sel-suların vurduğu ziyanı aradan qaldırmaq məqsədilə rayonda operativ qərargah yaradılıb. Rayon Suvarma Sistemləri İdarəsinin mexanizmləri qonşu rayonlardan gətirilmiş müxtəlif markalı texnikalar vasitəsilə Bəkməz, Tala Silban çaylarında məcra təmizləmə işləri aparılır, Suvagil, Çobankol kəndlərində, Əliabad qəsəbəsində Dəmir yol xətti ərazisində sel sularının yaratdığı fəsadlar aradan qaldırılır.

 

Əli SƏLİMOV

 

Azərbaycan.- 2018.- 28 sentyabr.- S. 11.