MDB-yə üzv ölkələr arasında
münasibətlər möhkəmlənir
Sentyabrın 28-də Tacikistan Respublikasının
paytaxtı Düşənbə
şəhərində MDB Dövlət
Başçıları Şurasının
məhdud tərkibdə
görüşü olub.
AZƏRTAC-ın
xüsusi müxbiri xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti
İlham Əliyev görüşdə iştirak
edib.
Tacikistan Respublikasının Prezidenti
Emoməli Rəhmon Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyevi qarşıladı.
Azərbaycan və Tacikistan prezidentləri birgə foto çəkdirdilər.
Sonra görüşdə iştirak
edən dövlət başçıları birgə
foto çəkdirdilər.
Tacikistan Prezidenti Emoməli Rəhmon çıxış
edərək qonaqları
salamladı və iclasın işinə uğurlar arzuladı. Qeyd etdi
ki, ötən dövrdə ənənələrə
uyğun olaraq ölkələr arasında
münasibətlərin möhkəmlənməsinə
və inkişafına
xüsusi əhəmiyyət
verilib.
Tacikistan Prezidenti
ölkəsinin MDB çərçivəsində
fəaliyyəti barədə
məlumat verdi.
Prezident Emoməli Rəhmon Tacikistanın Şuraya sədrliyi dövründə
müxtəlif sahələr
üzrə 40 iclasın
keçirildiyini diqqətə
çatdırdı. Bildirdi ki,
ötən dövrdə
terrorizm, ekstremizm, narkotiklərin qeyri-qanuni dövriyyəsi, iqtisadi sahədə cinayətkarlıq,
qanunsuz miqrasiya, insan alverinə qarşı mübarizə
məsələləri qarşılıqlı
fəaliyyətin əsas
istiqamətlərini təşkil
edib. "MDB çərçivəsində qəbul edilən sənədlərə müvafiq
olaraq iqtisadi sahədə əməkdaşlıq
müsbət nəticələr
verib”, - deyən Tacikistan Prezidenti humanitar sahənin inkişafına da xüsusi diqqət yetirildiyini vurğuladı.
Emoməli Rəhmon iclası açıq elan etdi.
Sonra MDB İcraiyyə
Komitəsinin sədri-icraçı
katib Sergey Lebedev Şura iclasının gündəliyi barədə
məlumat verdi.
Azərbaycan.- 2018.- 29 sentyabr.- S.1.