İlham Əliyevdən beynəlxalq
birliyə Qarabağ mesajı
Azərbaycan
ərazi bütövlüyünü bərpa
etmək üçün bütün
imkanlarından istifadə edəcək, bunun
sonu isə Ermənistan üçün
çox pis olacaq
"Dağlıq Qarabağ heç vaxt Azərbaycanın suverenliyindən kənarda
heç bir status almayacaq. Heç vaxt Azərbaycan
xalqı və dövləti imkan verməyəcək
ki, onun əzəli, tarixi, hüquqi
torpağı ondan ayrılsın. Qoy Ermənistan bu xülyalarla yaşamasın. Qoy
Ermənistan rəhbərliyi öz
xalqını aldatmasın. Biz bütün imkanlardan
istifadə edirik və edəcəyik ki, ərazi bütövlüyümüzü
bərpa edək və bu istiqamətdə
çox önəmli addımlar
atılmışdır”.
Azərbaycan
parlamentinin yaranmasının 100 illiyinə
həsr edilmiş təntənəli iclasda ölkəmizin keçdiyi
müstəqillik yolundan və qısa
müddətdə qazanılan böyük
uğurlardan söz açan Prezident İlham Əliyev bir daha həm işğalçı Ermənistana,
həm də beynəlxalq birliyə Dağlıq
Qarabağ münaqişəsi ilə
bağlı ciddi mesajlar
ünvanladı.
Azərbaycan
öz prinsipial
mövqeyindən geri dönməyəcək
İştirak etdiyi bütün beynəlxalq
konfranslarda - BMT, NATO, Avropa
Şurasının və digər qurumların təşkil
etdikləri iclaslarda, sessiyalarda,
forumlarda hər zaman
Azərbaycan gerçəkliklərini dünyaya
bəyan edən, haqq səsimizi beynəlxalq
ictimaiyyətə çatdıran İlham
Əliyev yubiley mərasimində öz prinsipial mövqeyini bir daha ortaya qoydu.
Azərbaycana təşrif buyurmuş
yüzlərlə parlamentari, hökumət
rəsmiləri qarşısında qətiyyətli
çıxışı ilə həm bəzi qüvvələrə
xəbərdarlıq etdi, həm də
xalqımızı bir daha
əmin etdi ki, əzəli
torpaqlarımız düşmən tapdağında çox qalmayacaq. Azərbaycan
hansı yolla olur-olsun
öz ərazi bütövlüyünü
təmin edəcək.
Proqram
xarakterli çıxışında
şərəfli yolumuzun hansı çətinliklərdən
keçdiyini diqqətə
çatdıran dövlət başçısı
Dağlıq Qarabağ münaqişəsinin
həllinin Azərbaycan üçün hər
zaman prioritet istiqamət
olduğunu və ölkəmizin öz prinsipial mövqeyindən
geri dönməyəcəyini qətiyyətlə
söylədi.
Dağlıq
Qarabağ münaqişəsi ən böyük ədalətsizlikdir
Bu gün dünya birliyi də qəbul edir ki, Dağlıq Qarabağ
Azərbaycanın əzəli və tarixi
torpağıdır. Əsrlər boyu Azərbaycan
xalqı bu torpaqlarda
yaşayıb, yaradıb. Bu torpaqların tarixi toponimləri, abidələri, milli irsimiz bunu
bir daha təsdiqləyir.
Lakin bu gün həmin torpaqlar işğal altındadır. Nəinki
Dağlıq Qarabağ, onun
ətrafında yerləşən yeddi rayon da Ermənistan tərəfindən
işğal edilib.
İşğal
altında olan şəhər və
rayonlarımızdakı bütün infrastruktur dağıdılıb. Azərbaycan dövlətinə, xalqına məxsus bütün milli sərvətlər
talan olunub, tarixi abidələrimiz, məscidlərimiz yerlə
yeksan edilib. Əksər
beynəlxalq təşkilatın hesabatlarında bu məlumatlar öz əksini
tapsa da, bu günə qədər ermənilərə
bir xəbərdarlıq belə edilməyib.
Səbəb isə hər kəsə bəllidir.
Ona
görə də dövlət başçısı Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsini
ən böyük ədalətsizlik
adlandırır: "Bütün beynəlxalq
təşkilatlar münaqişə ilə bağlı qərar
və qətnamələr qəbul etmişlər. Onların
arasında əlbəttə ki, BMT Təhlükəsizlik
Şurasının dörd qətnaməsini
xüsusilə qeyd etmək istərdim. Bu qətnamələrdə açıq-aydın
deyilir ki, erməni
silahlı qüvvələri işğal
edilmiş torpaqlardan dərhal
və qeyd-şərtsiz çıxarılmalıdır. Ermənistan
20 ildən çoxdur ki,
bu qətnamələrə əməl etmir, onlara məhəl qoymur və beləliklə, öz
işğalçılıq siyasətini davam
etdirir. Əfsuslar olsun
ki, beynəlxalq təşkilatlar da Ermənistana qarşı heç
bir sanksiya tətbiq etmir. Hesab edirəm, bunun vaxtı gəlib çatıb ki, işğalçıya qarşı çox ciddi tədbirlər
görülsün və bu,
ədalətli olardı”.
BMT
Təhlükəsizlik Şurasının qətnamələri
nədən hələ də kağız üzərində
qalır?
Azərbaycan
Prezidenti bu məsələdə
beynəlxalq təşkilatları da
qınadı və bəyan etdi ki, özünü nüfuzlu təşkilat hesab
edən bəzi qurumların qəbul etdikləri qətnamələrin,
qərarların kağız üzərində qalması sadəcə
təəssüf doğurur. Çünki bu təşkilatların
başqa problemlə bağlı qəbul
etdikləri qətnamələrə əsasən dərhal sərt
sanksiyalar tətbiq edilir,
cəza kəsilir. Lakin Azərbaycan
dövlətinin xeyrinə qəbul edilmiş
sənədlər icrasız qalır. Səbəb yenə bəllidir
- ikili standartlar.
İlham
Əliyev məsələ ilə bağlı beynəlxalq təşkilatların
fəaliyyət mexanizmlərinə nəzər yetirilməsinin
vacibliyini bildirdi:
"Əgər dünyanın ən ali
orqanı olan BMT Təhlükəsizlik
Şurasının qətnamələri yerinə yetirilmirsə,
onda əlbəttə ki,
bu orqanın nüfuzu
o qədər də yüksək
səviyyədə ola bilməz.
Münaqişənin həllinin bir yolu var. Ermənistan
silahlı qüvvələri bizim
torpaqlarımızdan çıxarılmalıdır, Azərbaycan
öz ərazi bütövlüyünü
bərpa etməlidir və ondan sonra bölgədə sülh
yarana bilər. Azərbaycanın ərazi bütövlüyü isə bütün
dünya tərəfindən
tanınır. Bütün ölkələr
Azərbaycanın ərazi bütövlüyünü
dəstəkləyir və Dağlıq Qarabağ
Azərbaycanın ayrılmaz hissəsidir”.
İlham Əliyev Ermənistanın yeni rəhbərliyinə
çıxış yolu göstərdi
Prezident
İlham Əliyev bu məsələdə
işğalçı Ermənistanın yeni
rəhbərliyinə də sərt mesajlarını
ünvanladı və bir daha
xatırlatdı ki, bu
ölkəni hərbi-xunta kimi 20 il idarə edən rejimin
çökməsi məhz erməni xalqının artıq bu münaqişədən bezdiyini,
işğal olunmuş
torpaqların geri qaytarılaraq sülh sazişinin
imzalanmasının vacibliyini bir daha təsdiqlədi. Ona görə də ölkənin yeni rəhbərliyi siyasətində düzəlişlər
etməlidir.
Təəssüf ki, bu gün
Ermənistandan səslənən çox
ziddiyyətli və bəzən cəfəng fikirlər
münaqişənin həllinə yox, onun dərinləşməsinə xidmət
göstərir. Azərbaycan öz prinsipial mövqeyindən geri
dönməyəcək. Dağlıq Qarabağ
əzəli və tarixi olduğu
kimi həm də beynəlxalq hüquq baxımından da
Azərbaycan torpağıdır. Lakin yeni hökumət tərəfindən
atılan addımlar onu göstərir ki, bu adamların heç bir biliyi, hazırlığı yoxdur
və bu, nəinki Ermənistan üçün, bölgə üçün
böyük təhlükə mənbəyidir:
"Yeni hökumət də eyni yolla getmək istəyir.
Bu ağır, çətin vəziyyətdən
xilas üçün
Ermənistanın yeganə yolu var, o da
bizim torpaqlarımızdan
çıxmaqdır. Ondan sonra
onların inkişafı üçün
şərait yaradıla bilər. Əgər onlar
işğalçılıq siyasətini davam
etdirmək istəyirlərsə, bilməlidirlər ki, bunun axırı olmayacaq. Bunun axırı onlar üçün çox pis olacaq”.
Beynəlxalq
təşkilatların əksəriyyəti Azərbaycanın mövqeyini dəstəkləyir
Qəbul
edilən sənədlərdən söz açan Prezident bir daha xatırlatdı ki, əksər beynəlxalq qurumlar
- BMT Təhlükəsizlik Şurası, BMT-nin
Baş Assambleyası, ATƏT, AŞ PA, Qoşulmama Hərəkatı, İslam
Əməkdaşlıq Təşkilatı, Avropa
Parlamenti və digər təşkilatlar
Azərbaycanın mövqeyini dəstəkləyirlər.
Bu il isə Azərbaycan ilə Avropa
İttifaqı arasında imzalanan Tərəfdaşlıq
Prioritetləri adlı sənəddə Azərbaycanın suverenliyi, sərhədlərinin
toxunulmazlığı, ərazi bütövlüyü
məsələsinə də dəstək nümayiş
olunub. Bundan başqa, İslam Əməkdaşlıq
Təşkilatı dəfələrlə münaqişə
ilə bağlı qətnamələr qəbul edib.
Dövlət
başçısı bu istiqamətdə
Milli Məclisin deputatlarının da fəaliyyətini təqdir edərək bildirdi ki, parlamentdə bir çox partiyaların
nümayəndələri fəaliyyət göstərsə də
milli maraqlarla
bağlı məsələlərdə onlar
bir nöqtəyə vurur
və vətənpərvərlik göstərirlər.
Azərbaycan deputatları beynəlxalq təşkilatlar çərçivəsində
çox fəal iş
aparırlar. Deputatların fəaliyyətinin əsas istiqaməti
Ermənistan-Azərbaycan Dağlıq Qarabağ
münaqişəsi ilə bağlı dünya
birliyinə, öz həmkarlarına həqiqətlərin
çatdırılmasıdır. Bu
işdə çox böyük
uğurlara nail olunub. Son illərdə bir neçə təşkilat,
o cümlədən AŞ PA, Avropa Parlamenti
Dağlıq Qarabağ münaqişəsi
ilə bağlı ədalətli, beynəlxalq hüquqa söykənən, Azərbaycanın
ərazi bütövlüyünü dəstəkləyən
qətnamələr qəbul ediblər.
Müharibə
başlasa, ən ağır zərbəni
Ermənistan alacaq
Prezident Azərbaycan
və Ermənistan arasında qısa müqayisə də
apardı. Əlbəttə ki, hər kəs
işğalçı ölkənin hansı durumda
olduğunu çox yaxşı
görür. Ermənistanla Azərbaycan
arasında fərq yerlə-göy qədərdir. Bu gün Azərbaycan iqtisadi cəhətdən inkişafda
olan, Ermənistan isə yoxsul,
başqasının əlinə baxan, ianələrlə
dolanan bir ölkədir.
Bir sözlə, son 15
ildə Azərbaycanın əldə etdiyi
uğurlar və bu
müddətdə işğalçı ölkənin düşdüyü durum
göz önündədir.
2003-cü ildə 1,8 milyard dollar valyuta ehtiyatı olan Azərbaycan
bu gün həmin rəqəmi
44,3 milyard dollara
yüksəldib. 15 ildə ölkə iqtisadiyyatına 250 milyard dollar sərmayə
yatırılıb. Bunun yarısı xarici sərmayədir. Yəni iqtisadi
inkişaf tempinə görə dünyada son 15 ildə Azərbaycan
qədər inkişaf edən ikinci ölkə olmayıb.
Ermənistan isə uğursuz dövlətdir. Bu
uğursuzluq, əslində, onların
işğalçılıq siyasəti nəticəsində baş verib. Əgər
işğalçılıq siyasəti olmasaydı, Azərbaycanın
imkanlarından faydalana bilərdilər:
"Azərbaycansız bölgədə heç
bir təşəbbüs, heç
bir layihə həyata keçirilə bilməz
və getdikcə ölkəmizin gücü
- siyasi çəkisi, iqtisadi
potensialı, hərbi gücü
artır, beynəlxalq mövqeləri möhkəmlənir. Lakin buna baxmayaraq
Ermənistanın qeyri-adekvat
addımları, hərəkətləri, yüksək
kürsülərdən səslənən bəyanatları bu ölkəni daha da ağır vəziyyətə salacaq. Onunla bizim işimiz yoxdur. Amma bu,
münaqişənin həlli üçün
indi böyük
problemə çevrilir”.
Qətiyyətli, prinsipial siyasətin davam
etdiriləcəyini vurğulayan İlham Əliyev bəyan etdi
ki, uğurla inkişaf edən Azərbaycan həm də öz ordusuna güvənir.
Bu gün beynəlxalq
reytinqlərə görə, Azərbaycan Ordusu
dünya miqyasında 50 ən güclü ordu
sırasındadır. Azərbaycan Silahlı
Qüvvələri istənilən döyüş
tapşırığını yerinə yetirməyə, işğal altında olan
torpaqları tez bir zamanda düşməndən azad
etməyə qadirdir. Əgər Ermənistanın
bugünkü mövqeyi
çox davam edərsə,
Azərbaycan üçün müharibədən
başqa çıxış yolu qalmayacaq və yenə
də ən ağır zərbəni Ermənistan alacaq.
Rəşad
BAXŞƏLİYEV
Azərbaycan.- 2018.- 29
sentyabr.- S.1; 3.