Kiş kəndinin qoynunda ucalan məbəd

 

Şəkiyə yolu düşən hər kəs vaxt və imkan tapıb rayonun Kiş kəndində də olmağa çalışır. Bu bölgənin hər tərəfində olduğu kimi, Kişdə də təbiət gözəldir. Bununla yanaşı, Kişə marağı artıran kənddəki qədim alban məbədidir. Bu, bütün Qafqazda təqribən 2 min il bundan əvvəl xristianlığın yayıldığını rəsmiləşdirən məşhur tarixi abidədir və Azərbaycanın ərazisindəki ən qədim tarixi abidələrdən biridir.

Yurdumuzun zəngin mədəniyyəti haqqında yeni nəsillərə maddi sübutlarla söhbət açan məbəd tarix-memarlıq abidəsi kimi Azərbaycan dövləti tərəfindən qorunur. Məlum olduğu kimi, ermənilər daim alban məbədlərini və onlara aid maddi-mənəvi nümunələri öz adlarına çıxmağa çalışırlar. Dövlətimiz onların alban tarixini saxtalaşdırmaq cəhdlərinin qarşısını qətiyyətlə alıb.

Şəkidə yerli əhalinin əsrlərlə bu abidəyə ehtiram bəsləməsinin səbəbi isə onun müqəddəs sayılmasıdır. Bu da ölkəmizdəki tolerantlığa dəlalət edən daha bir faktdır.

Dövlətin prioritet elan etdiyi qeyri-neft sektorunun əsas qollarından olan turizmin inkişafında tarix, mədəniyyət, memarlıq abidələri böyük əhəmiyyət daşıyır. Şübhəsiz ki, turizm inkişaf etdikcə Kiş kəndinin qonaqlarının sayı da artacaq.

 

Azərbaycan.- 2018.- 29 sentyabr.- S.8.