Böyük tərəqqi
Bakıda Azərbaycanla Rusiya arasında gələcək əməkdaşlıq
üçün yeni
prioritetlər müəyyənləşdirildi
* Son 3 ayda 4 görüş;
* Bütün sahələri əhatə
edən 200-ə yaxın sənədin imzalanması;
* 50-yə yaxın biznes-forum və işgüzar toplantılar;
* 5 milyarddan çox qarşılıqlı investisiya;
* Bir
ildə 3 milyarda yaxın ticarət dövriyyəsi;
* 760 birgə müəssisə;
* Ümumi
dəyəri 450 milyon
dollar olan 42 birgə layihəyə;
* 5 milyard dollarlıq hərbi təyinatlı məhsullar;
* 9 ay müddətində 700 min nəfərədək
turist...
Bu sosial-iqtisadi göstəricilər
Azərbaycan-Rusiya münasibətlərinin
təkcə dost və
qonşu ölkə kimi deyil, həm
də strateji mahiyyət daşıdığını
təsdiqləyən real faktlardır.
Bununla yanaşı, Rusiya Prezidenti Vladimir Putinin son 5 il ərzində ölkəmizə
4-cü dəfə səfər
etməsi, Prezident İlham Əliyevlə son
3 ayda 4, sentyabrda isə 2 dəfə görüşməsi bir
daha təsdiq edir ki, prezidentlərin
səmimi dostluğu və qarşılıqlı
rəsmi, işgüzar
səfərləri artıq
iki ölkə arasındakı münasibətləri
yeni inkişaf mərhələsinə yüksəldib.
Yeni inkişaf mərhələsinə
yüksələn münasibətlər
Sentyabrın 27-də hər iki ölkənin
dövlət başçılarının
iştirakı ilə
Heydər Əliyev Mərkəzində keçirilən
IX Azərbaycan-Rusiya Regionlararası
Forum isə əlaqələrin
daha da dərinləşməsinə
xidmət edəcək
bir konfrans kimi tarixə düşdü.
İlham Əliyevin
rusiyalı həmkarı
Vladimir Putinlə keçirdiyi
təkbətək görüşdə
söylədiyi kimi, siyasi, iqtisadi, nəqliyyat, energetika, humanitar sahələrdə,
bir sözlə, bütün istiqamətlərdə
mövcud olan böyük tərəqqi
bir çox ölkələr üçün
nümunədir.
Təbii ki,
bu münasibətlərin
təməlində tarixi,
mədəni əlaqələr
və xalqlar arasında mövcud olan bağlılıq, yaxınlıq durur. Bu gün isə
yeni inkişaf mərhələsində olan
sosial-iqtisadi, humanitar əlaqələr, regionlararası
əməkdaşlıq onu
deməyə əsas verir ki, iki
ölkənin regionları
arasında səmərəli
əməkdaşlığın dərinləşdirilməsi üçün
münbit sosial-iqtisadi
imkanlar mövcuddur.
Əminliklə söyləyə bilərik ki, yaxın gələcəkdə
hər iki ölkə bu imkanlardan maksimum yararlanaraq münasibətlərin
daha da genişlənməsinə,
dərinləşməsinə nail olacaq.
Qarşılıqlı faydalı layihələrin həyata
keçirilməsi üçün
əlverişli platforma
mövcuddur
Azərbaycan-Rusiya Regionlararası Foruma gəlincə isə onu deyə bilərik
ki, budəfəki toplantıda hər iki ölkədən rəsmi şəxslərlə
yanaşı, sənaye,
tikinti, bank, qida, maşınqayırma, metallurgiya,
nəqliyyat, əczaçılıq
və digər sahələrdə fəaliyyət
göstərən şirkətlərin
nümayəndələri iştirak
etdilər.
Əlbəttə ki, belə formatda
keçirilən tədbirlər
işgüzar dairələr
arasında birbaşa əlaqələrin qurulması
və qarşılıqlı
faydalı layihələrin
həyata keçirilməsi
üçün mümkün
əməkdaşlıq sahələrinin
müəyyənləşdirilməsi baxımından əlverişli
platformadır. Dövlət başçıları isə
siyasi və iqtisadi əlaqələrin
inkişafına böyük
önəm verirlər.
Elə prezidentlərin,
rəsmi nümayəndə
heyətlərinin və
iş adamlarının
çoxsaylı qarşılıqlı
səfərləri də
bunun əyani göstəricisidir. Sentyabrın 1-də İlham Əliyevin Rusiyaya rəsmi səfəri çərçivəsində
isə dövlət başçıları ticarət-iqtisadi
əlaqələrin hazırkı
vəziyyətini hərtərəfli
təhlil edib, bu sahədə gələcək əməkdaşlıq
üçün prioritetlər
müəyyənləşdirilib, 6-sı
biznes dairələri arasında olmaqla, ümumilikdə 17 sənəd
imzalanıb.
Rusiyanın 78 subyekti Azərbaycanla iqtisadi əlaqələr saxlayır
İki dost ölkə arasındakı
ticarət tərəfdaşlığı
da göz önündədir. Ötən
il də,
bu il də
əmtəə dövriyyəsi
artıb. Rusiya Azərbaycan üçün
idxal üzrə bir nömrəli tərəfdaşdır və
bizim qeyri-neft sektorunun məhsullarının
ixracı üzrə də bir nömrəli
tərəfdaşdır.
2017-ci ildə iki ölkə
arasında ticarət dövriyyəsinin həcmi
2,627 milyard dollar olub. Bu ilin birinci yarısında
isə ticarət dövriyyəsi 1,4 milyard dollar təşkil edib. Hazırda Rusiyanın 78 subyekti
Azərbaycanla iqtisadi əlaqələr saxlayır.
Həm də
onlardan 17-si ticari-iqtisadi
və elmi-texniki əməkdaşlıq barədə
Çərçivə sazişləri
bağlayıb.
Bu rəqəmlər də bir daha təsdiq
edir ki, Azərbaycan-Rusiya əlaqələrinin
mühüm istiqamətlərindən
biri də ticarət əməkdaşlığıdır
və bu sahədə müsbət
artım dinamikası
var. Rusiya idxalda Azərbaycanın əsas tərəfdaşıdır, qeyri-neft
məhsullarımızın ixracında isə ilk sıradadır. Ticarət əlaqələrinin
genişləndirilməsi üçün
kompleks tədbirlər
həyata keçirilib.
Məsələn, Rusiyada
Azərbaycanın ticarət
nümayəndəliyinin yaradılması,
Həştərxanda Azərbaycan
Biznes Mərkəzinin,
Bakıda Rusiya İxrac Mərkəzinin nümayəndəliyinin açılması,
qarşılıqlı ticarət
missiyalarının həyata
keçirilməsi belə
tədbirlərdəndir. Hazırda
Rusiyanın Moskva,
Sankt-Peterburq, Yekaterinburq
və Həştərxan
şəhərlərində Azərbaycanın ticarət,
şərab və çay evlərinin açılması istiqamətində
tədbirlər görülür.
İnvestisiya qoyuluşu və reallaşan uğurlu layihələr
Qarşılıqlı investisiya qoyuluşu sahəsində də fəal əməkdaşlıq
həyata keçirilir. Bunların sırasında
"SOCAR Polymer” layihəsi, Pirallahı Sənaye Parkında əczaçılıq
müəssisəsinin yaradılması,
Gəncə Avtomobil Zavodunun Rusiyanın "KamAZ” və "Ural” Zavodları ilə əməkdaşlığı, "Azərmaş” və
"QAZ” şirkətləri arasında birgə layihələrin reallaşdırılması,
Azərbaycan şirkətlərinin
Rusiyada həyata keçirdiyi layihələr,
o cümlədən Yessentukidə
"İstoçnik” sanatoriya-turizm
mərkəzi, Krasnodarda
meyvə-tərəvəz konservləri
və çay istehsalı zavodu, Jeleznovodskda və Kislovodskda sanatoriya-mehmanxana
kompleksinin tikintisi və digər layihələr qarşılıqlı
investisiya qoyuluşu sahəsində uğurlu layihələrdəndir.
Bütün bunlar
təsdiqləyir ki, Azərbaycan Rusiya ilə ticarət və investisiya qoyuluşu sahələrində
əməkdaşlığın davam etdirilməsində maraqlıdır və bu sahədə Azərbaycan-Rusiya və Rusiya-Azərbaycan işgüzar
şuraları əhəmiyyətli
rol oynayır. Onu da vurğulayaq ki, Azərbaycan-Rusiya İşgüzar Şurasında
kənd təsərrüfatı,
sənaye, logistika, nəqliyyat, bank, neft-kimya sahələrində iri, eləcə də kiçik və orta biznes nümayəndələri
təmsil olunurlar.
Xəzərin yeni konvensiyası iki ölkə üçün
yaxşı imkanlar açıb
İki ölkə
arasında həmçinin
nəqliyyat sahəsində
çox fəal əməkdaşlıq mövcuddur. Azərbaycan və Rusiyanın birgə reallaşdırdığı
"Şimal-Cənub” layihəsi
artıq öz nəticələrini verir.
İlham Əliyevin söylədiyi
kimi, ötən illə müqayisədə
bu il
həmin dəhlizlə
yükdaşımaların nəqli 100 dəfədən
çox artıb. Lakin bu hələ başlanğıcdır. Hesab edilir ki, bu
dəhliz Avrasiyanın
ən mühüm nəqliyyat xətlərindən
biri olacaq, bununla da iki
ölkənin tranzit potensialı artacaq. Bu, Avropa və
Asiya bazarlarını
yaxınlaşdırmağa yönələn, İran,
Azərbaycan və Rusiyadan keçən dəhlizdir. Bu, həqiqətən, irimiqyaslı
böyük işdir.
Təşəbbüs çərçivəsində
iki ölkənin inşaatçıları Samur
çayı üzərində
sutkada 37 mindən çox maşın buraxmaq qabiliyyəti olan yeni körpü
tikirlər.
Azərbaycanda Rusiyanın energetika korporasiyaları da uğurla işləyirlər. "Rosneft” şirkəti
Azərbaycanın Dövlət
Neft Şirkəti ilə birgə yaxın vaxtlarda "Qoşadaş” neft-qaz yatağının kəşfiyyatına
və mənimsənilməsinə
başlayacaq.
Bundan başqa,
Xəzər dənizinin
statusu haqqında Konvensiya da qarşılıqlı
faydalı kooperasiya üçün yeni imkanlar açıb. Sənədlərin imzalanması Xəzər
regionunda əməkdaşlıq
üçün iki ölkəyə yaxşı
baza yaradıb. Rusiya və Azərbaycan şirkətləri Xəzər
regionunda perspektivli layihələrin reallaşdırılması
ilə fəal məşğul olacaqlar.
Humanitar əlaqələrin daha
da inkişafı üçün real imkanlar
var
Humanitar əlaqələrin
inkişafına gəlincə
isə deyə bilərik ki, hər iki dövlət
bu sahə üzrə əlaqələri
daha da dərinləşdirmək,
genişləndirmək üçün
ciddi səy göstərir. Gələn ay Bakıda Rusiya və Azərbaycan prezidentlərinin himayəsi
altında növbəti
humanitar forum keçiriləcək.
Bu beynəlxalq forum artıq humanitar xarakterli məsələlərin,
mədəniyyətlərarası dialoqun, konfessiyalararası
münasibətlərin müzakirəsi
üçün mühüm
qlobal meydana çevrilib.
Bundan başqa, Azərbaycanda tədrisin rus dilində aparıldığı
341 məktəb, Rusiyanın
aparıcı ali təhsil ocaqları olan Moskva Dövlət Universitetinin və Seçenov adına Tibb Universitetinin filialları fəaliyyət
göstərir.
Dost ölkələr arasında
turizm sahəsi daha çox inkişaf etməkdədir. Belə ki, son illərdə Azərbaycanı ziyarət
edən turistlərin çoxu Rusiya vətəndaşlarıdır. Hələ başa çatmamış
9 ay ərzində 700 minədək
rusiyalı Azərbaycana
səfər edib.
Bir sözlə,
iki ölkə arasında bütün sahələr üzrə əməkdaşlıq üçün
imkanlar çox genişdir. Forumda da
regional səviyyədə qarşılıqlı
fəaliyyətin konkret
istiqamətləri bir
daha müəyyənləşdirildi.
İlham Əliyevin
Vladimir Putinlə keçirdiyi
təkbətək görüşdə
dediyi kimi, hər iki ölkə
gələcək illərdə
əməkdaşlığı yalnız inkişaf etdirmək, biznes qurumları üçün
daha yaxşı şərait yaratmaq və bütün istiqamətlərdə qarşılıqlı
fəaliyyəti möhkəmləndirmək
yolu ilə gedəcək.
Rəşad
BAXŞƏLİYEV
Azərbaycan.- 2018.-30 sentyabr.- S. 1-2.