Regional və beynəlxalq əhəmiyyətli məsələlər
ətrafında fikir mübadiləsi aparılıb
"Azərbaycan
Respublikası Hökuməti
və Monqolustan Hökuməti arasında diplomatik, xidməti və rəsmi pasportlara malik olan şəxslərin viza tələbindən azad edilməsi haqqında” Saziş imzalanıb.
XİN-in mətbuat
xidmətindən AZƏRTAC-a bildirilib ki, Saziş Azərbaycanın
xarici işlər naziri Elmar Məmmədyarovun
sentyabrın 28-də Nyu-Yorkda
BMT-nin Baş
Assambleyasının 73-cü sessiyası çərçivəsində
Monqolustanın xarici işlər naziri Damdin Tsogtbatar ilə görüşündə
imzalanıb.
Nazirlər bir sıra ikitərəfli
əməkdaşlıq məsələləri,
o cümlədən siyasi
və iqtisadi əlaqələrin inkişaf
etdirilməsi məsələlərini
müzakirə ediblər,
habelə qarşılıqlı
maraq doğuran regional
və beynəlxalq əhəmiyyətli məsələlər
ətrafında fikir mübadiləsi aparıblar.
Azərbaycan.- 2018.- 30 sentyabr.- S.3.