Azərbaycanın pravoslav
xristian icmasına
Hörmətli həmvətənlər!
İsa Peyğəmbərin mübarək
mövludu – Milad bayramı münasibətilə
Azərbaycanın bütün
xristian icmasını
ürəkdən təbrik
edir, hər birinizə ən səmimi arzu və diləklərimi yetirirəm.
Azərbaycanda tarixən sivilizasiyalararası
və mədəniyyətlərarası
dialoq mühitinin mövcudluğu, etnik-mədəni
müxtəlifliyin günümüzədək
qorunub saxlanılması
çoxmillətli və
çoxkonfessiyalı cəmiyyətimizdə
ümummilli mənəvi-ictimai
dəyərlərin, zəngin
multikulturalizm və dözümlülük ənənələrinin
formalaşmasında, vətəndaş
həmrəyliyinin bərqərar
edilməsində müstəsna
rol oynamışdır. Biz bu tarixi nailiyyəti
milli dövlətçiliyimizin
mühüm uğuru kimi qiymətləndirir, dilindən, dinindən, etnik mənsubiyyətindən
asılı olmayaraq, bütün ölkə vətəndaşlarının hüquq və azadlıqlarının, eyni
zamanda, vicdan və dini etiqad
azadlığının təminatını
dövlət siyasətinin
prioritet istiqamətlərindən
biri hesab edirik.
Məmnuniyyət hissi ilə qeyd etmək istəyirəm ki, ölkəmizin bütün
milli azlıqları kimi, pravoslav xristian icması da millətlərarası və dinlərarası münasibətlərə öz
layiqli töhfələrini
verməklə, Azərbaycanda
gedən böyük inkişaf prosesində və vətəndaş cəmiyyəti quruculuğunda
yaxından iştirak edir.
Əziz dostlar!
Milad bayramı yeniliyin, əmin-amanlığın, insanlar arasında mərhəmət və şəfqət duyğularının rəmzi kimi hər il Azərbaycanda təntənə ilə qeyd edilir. Bu nurlu bayram münasibətilə bir daha hamınıza səmimi təbriklərimi yetirir, ailələrinizə xoşbəxtlik, süfrələrinizə bol ruzi-bərəkət arzulayıram.
Bayramınız mübarək olsun!
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı
şəhəri, 4 yanvar 2018-ci il
Azərbaycan.-
2018.- 5 yanvar.- S.2.