Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

 

Hörmətli İlham Heydər oğlu.

Doğum gününüz münasibətilə Sizə ən səmimi təbriklərimi çatdırıram.

Sizə səmimi qəlbdən möhkəm cansağlığı, xoşbəxtlik, Azərbaycan xalqının rifahı naminə ali dövləti fəaliyyətinizdə uğurlar arzu edirəm. Qoy Sizin yüksək nüfuzunuz və zəngin təcrübəniz, doğma ölkənizin firavanlaşması naminə yorulmadan qurub-yaratmaq istəyiniz və dövlətinizin vətəndaşlarına qeyd-şərtsiz dəstəyiniz bundan sonra da Azərbaycan Respublikasının hərtərəfli inkişafının möhkəm təməli olsun.

Ümidvaram ki, Tatarıstan ilə Azərbaycan arasında ənənəvi qarşılıqlı anlaşmadostluq ruhunda çoxtərəfli qarşılıqlı fəaliyyətin səmərəli inkişafı davam edəcək. Əminəm ki, dərin məzmunlu Tatarıstan-Azərbaycan əlaqələri Rusiya ilə Azərbaycanın qarşılıqlı faydalı əməkdaşlıq potensialının artmasına xidmət edəcək.

Dərin hörmətlə, Sizə və yaxınlarınıza ən xoş arzularla,

 

Rüstəm Minnixanov

Rusiya Federasiyası Tatarıstan Respublikasının Prezidenti

 

Azərbaycan.- 2018.- 5 yanvar.- S.2.