Saatlı rayonunun Saatlı-Dədə
Qorqud-Əhmədbəyli avtomobil yolunun tikintisi ilə
bağlı tədbirlər haqqında
Azərbaycan
Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan Respublikası
Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər
tutaraq qərara alıram:
1. Dörd min nəfər əhalinin
yaşadığı 3 yaşayış məntəqəsini
birləşdirən Saatlı-Dədə Qorqud-Əhmədbəyli
avtomobil yolunun tikintisi məqsədi ilə Azərbaycan
Respublikasının 2018-ci il dövlət büdcəsinin
dövlət əsaslı vəsait qoyuluşu xərclərinin
bölgüsündə avtomobil yollarının tikintisi və
yenidən qurulması üçün nəzərdə
tutulmuş vəsaitin 700 (yeddi yüz) min manatı Azərbaycan
Avtomobil Yolları Dövlət Agentliyinə ayrılsın.
2. Azərbaycan Respublikasının
Maliyyə Nazirliyi bu sərəncamın 1-ci hissəsində
göstərilən məbləğdə maliyyələşməni
təmin etsin.
3. Azərbaycan Respublikasının
Nazirlər Kabineti bu sərəncamdan irəli gələn məsələləri
həll etsin.
İlham
ƏLİYEV,
Azərbaycan
Respublikasının Prezidenti
Bakı şəhəri,
5 yanvar 2018-ci il
Azərbaycan.-
2018.-6 yanvar.- S.1.