Müşfiqsevərlər Xızıda nakam şairin xatirəsini anıblar

 

Yanvarın 6-da Xızıda XX əsr Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, 30-cu illər repressiyasının qurbanı Mikayıl Müşfiqin xatirəsi anılıb.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, müşfiqsevərlər nakam şairin ölümünün 80-ci ildönümü münasibətilə Sayadlar kəndində Mikayıl Müşfiqin xatirə muzeyinin qarşısına toplaşıblar.

Xızı Rayon İcra Hakimiyyəti, Sumqayıt Regional Mədəniyyət Turizm İdarəsinin Xızı rayonu üzrə nümayəndəliyi, “Cabir NovruzMədəniyyət Fondu Mikayıl Müşfiqin xatirə muzeyi tərəfindən təşkil olunan tədbirdə ölkəmizin tanınmış şair yazıçıları, elm incəsənət xadimləri, görkəmli poeziya ustaları iştirak ediblər.

Xızı Rayon İcra Hakimiyyəti başçısının müavini Azər Əlizadə çıxış edərək bildirib ki, Mikayıl Müşfiq şəxsiyyəti gənc nəslin milli mənlik şüurunun inkişaf etdirilməsində gənclərimizdə vətənpərvərlik hisslərinin tərbiyəsində əvəzsiz xəzinədir. Onun şeirlərinə mahnılar bəstələnib, ədəbi irsi çoxsaylı elmi-tədqiqat əsərlərinin predmetinə çevrilib. Şairin əbədiyaşar sənət naminə çəkdiyi zəhmət layiqincə qiymətləndirilib. Onun xatirəsini əbədiləşdirmək üçün Bakıda büstü qoyulub, yaşadığı binanın qarşısına xatirə lövhəsi vurulub, qəsəbəyə, məktəbə, küçəyə meydana adı verilib, Xızıda xatirə muzeyi yaradılıb.

Anım mərasimində AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun direktor müavini, filologiya üzrə elmlər doktoru, professor Məmməd Əliyev, institutun şöbə müdiri, professor Asif Rüstəmli, “Şöhrətordenli, Əməkdar Müəllim, şair Ofeliya Babayeva, şair Musa Ələkbərli, Mədəniyyətşünaslıq üzrə Elmi Metodiki Mərkəzin şöbə müdiri Sənan Talıbov, yazıçı-publisist Müşfiq Cabiroğlu, Əməkdar Jurnalist, pedaqogika üzrə fəlsəfə doktoru Qafar Əsgərzadə, rəssam Minayə Dəyanətqızı başqaları çıxış edərək ölməz şairin həyat yaradıcılığından, onun ədəbiyyatımızda tutduğu mövqedən söhbət açıblar.

Natiqlər qeyd ediblər ki, sovet imperiyası repressiyasının qurbanı olan Mikayıl Müşfiq 1938-ci il yanvarın 6-da amansızlıqla güllələnib. O, cəmi 30 il ömür sürməsinə baxmayaraq, qiymətli bədii irs yadigar qoyub.

XX əsr Azərbaycan poeziyasının görkəmli nümayəndəsi Mikayıl Müşfiq bütün zamanlarda hər bir azərbaycanlının düşüncəsində gənc, coşqun, qəlbi həyat eşqi ilə dolu, eyni zamanda, sözün qədrini bilən, hadisələrə fəlsəfi yanaşan müdrik şair olaraq qalmaqdadır.

Müşfiqsevərlər çıxışlarında rəngarəng mövzuları əhatə edən Mikayıl Müşfiq poeziyasının milli bəşəri keyfiyyətlərə malik olduğunu vurğulayıblar. Milli musiqi alətlərimizdən olan tarın konservatoriyada tədrisi qadağan ediləndə, şair cəsarətlə məşhurOxu, tar!” şeirini yazıb. Bu şeir hər bir azərbaycanlının qəlbini riqqətə gətirməyə, onu mübarizəyə ruhlandırmağa qadirdir. Bayram axşamışeirində Novruz bayramına dair uşaqlıq xatirələrini danışmaqla müəllif sovet rejiminin milli adət-ənənənin yaddaşlardan silinməsinə yönəlmiş siyasətinə qarşı çıxıb.

Ədibin poeziyasında Azərbaycanın tərənnümü xüsusi yer tutur. Onun Vətənə sonsuz məhəbbətinin poetik istedadının qovuşduğu belə əsərləri poeziyamızda Vətən mövzusunun ən yaxşı bədii ifadələrindəndir.

Tədbirdə Xızı məktəbliləri nakam şairin şeirlərindən parçalar səsləndirib, ədəbi-bədii kompozisiya təqdim olunub.

 

Azərbaycan.- 2018.- 7 yanvar- S.4.