Azərbaycanın Bosniya və Herseqovinanın aqrar sənayesinə investisiya qoyuluşu, sosialhumanitar layihələrə dəstəyi yüksək qiymətləndirilir

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 8-də Bosniya və Herseqovinanın ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Bakir Sadoviçin etimadnaməsini qəbul edib.

AZƏRTAC xəbər verir ki, səfir Bakir Sadoviç fəxri qarovul dəstəsinin qarşısından keçdi.

Bakir Sadoviç etimadnaməsini Prezident İlham Əliyevə təqdim etdi.

Sonra Azərbaycan Prezidenti İlham Əliyev səfirlə söhbət etdi.

Söhbət zamanı ölkələrimiz arasında yüksək səviyyəli görüşlərin əhəmiyyəti qeyd edildi, ikitərəfli münasibətlərimizin çox yaxşı səviyyədə olduğu bildirildi, dostluq əlaqələrinin daha da möhkəmləndirilməsinin önəmi vurğulandı.

Görüşdə, həmçinin Azərbaycanın Bosniya və Herseqovinanın aqrar sənayesinə investisiya qoyuluşunun, sosialhumanitar layihələrə dəstəyinin BosniyaHerseqovinada yüksək qiymətləndirildiyi qeyd olundu.

 

Azərbaycan.- 2017.-9 yanvar.- S.2.