Azərbaycan Respublikasının Seçki
Məcəlləsində dəyişikliklər edilməsi
haqqında
Azərbaycan Respublikasının Qanunu
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 2-ci, 3-cü, 4-cü və 7-ci bəndlərini rəhbər tutaraq, 2016-cı il 26 sentyabr tarixli referendum nəticəsində qəbul edilmiş “Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının Referendum Aktının icrası ilə əlaqədar qərara alır:
Azərbaycan Respublikasının Seçki Məcəlləsində (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2003, ¹ 6, maddə 274, ¹ 12, I kitab, maddə 680; 2004, ¹ 6, maddə 416, ¹ 11, maddə 891; 2005, ¹ 2, maddə 62, ¹ 4, maddə 278, ¹ 7, maddələr 576, 584, ¹ 12, maddə 1091; 2007, ¹ 7, maddə 712; 2008, ¹ 6, maddə 457; 2009, ¹ 2, maddə 44; 2010, ¹ 4, maddə 276, ¹ 7, maddə 592; 2011, ¹ 3, maddə 163; 2012, ¹ 5, maddə 409; 2013, ¹ 6, maddə 592; 2015, ¹ 5, maddə 490; 2017, ¹ 5, maddə 705) aşağıdakı dəyişikliklər edilsin:
1. 3-cü maddədə “milliyyətindən” sözü “etnik mənsubiyyətindən” sözləri ilə əvəz edilsin.
2. 25.2.6-cı maddədən “seçki bülleteninin qoyulması üçün zərflərin,” sözləri, 25.2.11-ci və 31.1.5-ci maddələrdən “seçki bülletenlərinin qoyulması üçün zərflərin,” sözləri çıxarılsın.
3. 42.2.9-cu maddədə “möhürləndiyi” sözü “kilidləndiyi” sözü ilə əvəz edilsin.
4. 47.9-cu maddədən “vəsiqələri paylandıqdan və seçici” sözləri çıxarılsın.
5. 53-cü maddə üzrə:
5.1. 53.6-cı maddənin birinci cümləsində “qərar” sözü “qərarı, həmçinin seçicilərin imzalarının toplanması üçün imza vərəqələrini” sözləri ilə əvəz edilsin və həmin maddəyə aşağıdakı məzmunda üçüncü cümlə əlavə edilsin:
“İmza vərəqələrini götürən namizəd və ya onun səlahiyyətli nümayəndəsi hər imza vərəqəsinin aşağı künc hissəsində imza qoyur.”;
5.2. 53.7-ci maddədə “sürülməsini təsdiq edən qərarın surətini verməkdən” sözləri “sürülməsinin təsdiq olunmasından” sözləri ilə əvəz edilsin.
6. 54-cü maddə üzrə:
6.1. 54.9-cu maddəyə aşağıdakı məzmunda üçüncü və dördüncü cümlələr əlavə edilsin:
“Seçki komissiyası namizədin təsdiq olunması barədə qərar qəbul etdikdə, həmin qərarı və seçicilərin imzalarının toplanması üçün imza vərəqələrini siyasi partiyanın, siyasi partiyalar blokunun səlahiyyətli nümayəndəsinə təqdim edir. İmza vərəqələrini götürən səlahiyyətli nümayəndə hər imza vərəqəsinin aşağı künc hissəsində imza qoyur.”;
6.2. 54.10-cu maddənin birinci cümləsində “Namizədin qeydə alınmasından” sözləri “İrəli sürülmüş namizədin təsdiq olunmasından” sözləri ilə əvəz edilsin.
7. 59.3-cü maddənin dördüncü cümləsində “İmza” sözü “Bu Məcəllənin 59.4-cü maddəsində nəzərdə tutulan hal istisna olmaqla, imza” sözləri ilə əvəz edilsin.
8. 73-1.2-ci maddənin dördüncü cümləsi çıxarılsın.
9. 90.7-ci maddədə “Teleradio verilişləri təşkilatlarına və dövri nəşrlərin redaksiyalarına pulsuz efir vaxtının və dövri nəşrdə ayrılmış yerin dəyərini ödədikdən sonra, qeydə” sözləri “Qeydə” sözü ilə əvəz edilsin.
10. 100-cü maddə üzrə:
10.1. 100.2.2-ci və 100.2.7-ci maddələrdən “(Milli Məclisə seçkilər və bələdiyyə seçkiləri istisna olmaqla)” sözləri çıxarılsın;
10.2. 100.2.13-cü maddədən “olan zərflərdə” sözləri çıxarılsın.
11. 103.4-cü maddənin birinci cümləsində “möhürlənir” sözü “kilidlənir” sözü ilə, ikinci cümləsində “Möhürlər” sözü “Kilidlər” sözü ilə əvəz edilsin.
12. 104-cü maddə üzrə:
12.1. 104.5-ci maddədə “möhürləyir” sözü “kilidləyir” sözü ilə əvəz edilsin;
12.2. 104.6-cı maddənin birinci cümləsindən “seçici vəsiqələrini,” sözləri çıxarılsın;
12.3. 104.7-ci maddənin birinci cümləsindən “seçici vəsiqəsi ilə birlikdə” sözləri çıxarılsın;
12.4. 104.7-ci maddə
(ikinci halda) ləğv edilsin.
13. 105.2-ci maddənin
beşinci cümləsi
çıxarılsın.
14. 106.1-ci maddənin
beşinci cümləsindən
“və zərf” sözləri çıxarılsın,
yeddinci cümləsində
“möhür və plomblarının” sözləri
“kilidlərinin (daşınan
seçki qutusunda isə həmçinin yarığın üzərindəki
möhürün)” sözləri
ilə əvəz edilsin.
15. 107.4-cü maddənin
birinci cümləsindən
və 108.3-cü maddənin
birinci cümləsindən
“zərflərin və”
sözləri çıxarılsın.
16. 145.1-ci maddəyə
“hissəsinə” sözündən
sonra “, 981-ci maddəsinin
II hissəsinin ikinci cümləsinə” sözləri
əlavə edilsin.
17. 148.6-cı maddənin
birinci cümləsindən
“namizəd irəli sürmüş və ya” sözləri çıxarılsın.
18. 153-cü maddə
üzrə:
18.1. 153.1-ci maddədə
“73-cü” sözləri “73-1-ci” sözləri ilə əvəz edilsin;
18.2. 153.2-ci maddədə
“73.1-73.2-ci” sözləri “73-1.1-ci və 73-1.2-ci” sözləri
ilə əvəz edilsin.
19. 162-ci, 164-cü, 195-ci və 197-ci maddələr
ləğv edilsin.
20. 173.2-ci maddənin
ikinci cümləsində
“73.3-cü” sözləri “73-1.3-cü” sözləri ilə əvəz edilsin.
21. 175.3-cü maddə
üzrə:
21.1. birinci
cümlədə “2, 4 və
5-ci” sözləri “2-ci, 4-cü, 5-ci,
6-cı və 7-ci” sözləri
ilə əvəz edilsin;
21.2. ikinci
cümlə aşağıdakı
redaksiyada verilsin:
“Mərkəzi Seçki Komissiyasının
bu barədə qərarı rəsmi dərc edildiyi gündən 10 gün müddətində həmin
qərardan apelyasiya instansiyası məhkəməsinə
şikayət verilə
bilər.”;
21.3. aşağıdakı
məzmunda üçüncü-beşinci
cümlələr əlavə
edilsin:
“Həmin
şikayətə 15 gün
müddətində baxılmalıdır. İş üzrə
apelyasiya instansiyası
məhkəməsinin qərarından
həmin qərarın
tam formada təqdim olunduğu gündən 10
gün müddətində
Ali Məhkəməyə şikayət
verilə bilər.
Bu şikayətə 15 gün
müddətində baxılmalıdır.”.
22. 176-cı maddə
üzrə:
22.1. 176.1-ci maddəyə
“müraciət” sözündən
sonra “(rəsmi məlumat)” sözləri əlavə edilsin;
22.2. 176.2-ci maddədə
“ərizə” sözündən
sonra “(rəsmi məlumat)” sözləri,
“ərizədə” sözündən
sonra “(rəsmi məlumatda)” sözləri
əlavə edilsin;
22.3. aşağıdakı
məzmunda 176.2-1-ci maddə
əlavə edilsin:
“176.2-1. Azərbaycan
Respublikası Konstitusiyasının
89-cu maddəsinin
I hissəsinin 6-cı və
7-ci bəndlərində göstərilən
hallarla əlaqədar
Mərkəzi Seçki
Komissiyasına Milli Məclisin rəsmi məlumatı daxil olduqdan sonra 15 gündən gec olmayaraq Mərkəzi Seçki Komissiyası həmin rəsmi məlumatı müzakirə
edərək müvafiq
qərar qəbul edir.”;
22.4. 176.3-cü maddədə
“və 5-ci” sözləri
“, 5-ci, 6-cı və 7-ci” sözləri
ilə əvəz edilsin;
22.5. 176.4-cü maddədə
“bir ay müddətində”
sözlərindən sonra
“(deputatın mandatdan məhrum edilməsi haqqında Mərkəzi Seçki Komissiyasının
qərarından məhkəməyə
şikayət verdiyi hallar istisna olmaqla)” sözləri və həmin maddəyə aşağıdakı
məzmunda ikinci cümlə əlavə edilsin:
“Deputatın mandatdan məhrum edilməsi haqqında Mərkəzi Seçki Komissiyasının qərarından
məhkəməyə şikayət
verdiyi hallarda müvafiq birmandatlı seçki dairəsi üzrə əlavə seçkilər məhkəmədə
işə baxılmasının
nəticələrindən asılı olaraq təyin edilir.”.
23. 179-cu maddə
üzrə:
23.1. 179.1-ci maddənin
birinci cümləsində
“bitərsə,” sözündən
sonra “habelə Konstitusiyanın 101-ci maddəsinin
I hissəsinin ikinci cümləsinə əsasən
Prezidentin elan etdiyi halda” sözləri
əlavə edilsin, ikinci cümləsində
“Bu hal” sözləri
“Konstitusiyanın 104-cü maddəsində
nəzərdə tutulmuş
hallar” sözləri ilə əvəz edilsin;
23.2. 179.2-ci maddədə
“edildiyi” sözündən
sonra “, həmçinin
Konstitusiyanın 101-ci maddəsinin
I hissəsinin ikinci cümləsinə əsasən
Prezident növbədənkənar
Prezident seçkilərini
elan etdiyi” sözləri əlavə
edilsin, “3 ay ərzində”
sözləri “60 gün
müddətində” sözləri
ilə əvəz edilsin.
24. 187-ci maddədə
“73-cü” sözləri “73-1-ci” sözləri ilə əvəz edilsin.
25. 212-ci maddədə
“Seçkilər günü
21 yaşı tamam olan (seçki günü də daxil olmaqla) və yaşı 21-dən
yuxarı” sözləri
“Seçkilərdə iştirak
etmək hüququna malik” sözləri ilə əvəz edilsin.
26. 221-ci maddə
üzrə:
26.1. 221.1-ci maddədə
“73-cü” sözləri “73-1-ci” sözləri ilə əvəz edilsin;
26.2. 221.2-ci maddədə
“73.1-73.3-cü” sözləri “73-1.1-ci və 73-1.2-ci” sözləri
ilə əvəz edilsin.
27.1 “A” saylı
əlavədə “Deputatlığa
namizədin, siyasi” sözləri “Siyasi” sözü ilə əvəz edilsin.
28.2 “A” saylı
əlavədə “Prezidentliyə
namizədin, siyasi” sözləri “Siyasi” sözü ilə əvəz edilsin.
29.3 “A” saylı
əlavədə “Bələdiyyə
üzvlüyünə namizədin,
siyasi” sözləri “Siyasi” sözü ilə əvəz edilsin.
30. 4 saylı əlavənin “Qeyd”i ləğv edilsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri,
15 dekabr 2017-ci il
Azərbaycan.- 2018.- 12 yanvar.-
S.2.