“Mərkəzi Asiya Regional
İqtisadi Əməkdaşlıq İnstitutunun təsis edilməsi haqqında” Sazişin təsdiq edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin I hissəsinin 4-cü bəndini rəhbər tutaraq qərara alır:
Azərbaycan Respublikası hökuməti adından 2017-ci il iyunun 16-da Bakı şəhərində imzalanmış “Mərkəzi Asiya Regional İqtisadi Əməkdaşlıq İnstitutunun təsis edilməsi haqqında” Saziş Azərbaycan Respublikasının müvafiq bəyanatı ilə təsdiq edilsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 1 dekabr
2017-ci il
Azərbaycan.- 2018.- 12 yanvar.- S.2.