“Torpaqların münbitliyi
haqqında” Azərbaycan Respublikasının Qanununda
dəyişikliklər edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 11-ci və 13-cü bəndlərini rəhbər tutaraq qərara alır:
“Torpaqların münbitliyi haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, ¹ 3, maddə 128) aşağıdakı dəyişikliklər edilsin:
1. 1-ci maddənin birinci hissəsinin yeddinci abzasının sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda səkkizinci abzas əlavə edilsin:
“əkin yeri - torpaqların məqsədli təyinatı və hüquqi rejiminə uyğun olaraq əkin üçün nəzərdə tutulan kənd təsərrüfatı yeri.”.
2. 9-cu maddəyə aşağıdakı məzmunda ikinci hissə əlavə edilsin:
“Əkin yerinin yandırılması qadağandır.”.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı
şəhəri, 15 dekabr 2017-ci il
Azərbaycan.- 2018.- 12 yanvar.- S.3.