“Turizm haqqında” Azərbaycan
Respublikasının Qanununda dəyişiklik
edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci və 23-cü bəndlərini rəhbər tutaraq, “Turizm haqqında” Azərbaycan Respublikasının Qanununu “Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2017-ci il 30 iyun tarixli 761-VQD nömrəli Qanununa uyğunlaşdırmaq məqsədi ilə qərara alır:
“Turizm haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999, ¹ 7, maddə 394; 2004, ¹ 4, maddə 203, ¹ 6, maddə 396; 2007, ¹ 8, maddə 751; 2014, ¹ 11, maddə 1341; 2016, ¹ 12, maddə 2035; 2017, ¹ 6, maddə 1030, ¹ 7, maddə 1276) 7-1.6-cı maddəsinə “günü” sözündən sonra “, elektron vizanın sürətləndirilmiş qaydada alınması üçün müraciət edildikdə isə ən geci 3 saat” sözləri əlavə edilsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 29 dekabr
2017-ci il
Azərbaycan.- 2018.- 12 yanvar.- S.3.