Ölkələrimiz arasında siyasi,
iqtisadi və digər sahələrdə əlaqələr möhkəmlənir
Azərbaycan
və Bolqarıstan iki dost ölkə kimi bundan sonra da
uğurla əməkdaşlıq edəcək
Bolqarıstanın
baş nazirinin Azərbaycana işgüzar səfəri
Yanvarın 15-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ölkəmizdə işgüzar səfərdə olan Bolqarıstan Respublikasının Baş naziri Boyko Borisov ilə təkbətək görüşü olub.
AZƏRTAC xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev Bolqarıstanın Baş naziri Boyko Borisovu qarşıladı.
Sonra birgə foto çəkdirildi.
Görüşdə ikitərəfli
siyasi, iqtisadi və
digər sahələrdə münasibətlərin uğurla inkişaf etdiyi bildirildi. Bolqarıstanın Baş nazirinin Azərbaycana səfərinin əlaqələrin
möhkəmlənməsi baxımından əhəmiyyəti
qeyd olundu, ikitərəfli
münasibətlər, həmçinin qarşılıqlı
maraq doğuran digər
məsələlər müzakirə edildi.
Azərbaycan.-
2018.- 16 yanvar.- S.1.