Azərbaycanın və Bolqarıstanın baş nazirləri Bakıdan Sofiyaya ilk birbaşa aviareysin açılışında iştirak ediblər

 

Yanvarın 16-da Bakıdan Sofiyaya ilk birbaşa aviareys açılıb. AZƏRTAC xəbər verir ki, aviareysin açılış mərasimində Azərbaycanın Baş naziri Artur Rasi-zadə ölkəmizdə işgüzar səfərdə olan Bolqarıstanın Baş naziri Boyko Borisov iştirak ediblər.

Baş nazir Boyko Borisov Heydər Əliyev Beynəlxalq Aeroportunun yeni aerovağzal binası ilə tanış olub. Azərbaycan Hava YollarıQapalı Səhmdar Cəmiyyətinin (AZAL) vitse-prezidenti Eldar Hacıyev məlumat verib ki, aeroportun yeni aerovağzal kompleksi 2014-cü ilin aprel ayında açılıb. Ümumi sahəsi 65 min kvadratmetr olan aeroport 2017-ci ildə 4 milyondan çox sərnişinə, 55 aviaşirkətə xidmət göstərib. Eldar Hacıyev Bakı-Sofiya aviareysini həyata keçirənButa Airways” loukosteri barədə məlumat verib.

AZAL-ın vitse-prezidenti bildirib ki, dünyada müxtəlif aviaşirkətlər hava limanları tərəfindən göstərilən xidmətlərin keyfiyyətinin öyrənilməsi üzrə ixtisaslaşan Böyük Britaniyanın nüfuzluSkytraxkonsaltinq şirkəti Heydər Əliyev Beynəlxalq Aeroportunu 4 ulduza layiq görüb. Ötən il Heydər Əliyev Beynəlxalq Aeroportu Rusiya MDB ölkələrinin bütün hava limanları arasında göstərilən xidmət səviyyəsinə görə ən yaxşılar siyahısına başçılıq edərəkSkytrax World Airport Awards” mükafatına layiq görülüb.

Baş nazir Boyko Borisov Bakı-Sofiya marşrutu üzrə birinci aviareys barədə məlumatlandırılıb. Qeyd olunub ki, bu reys Azərbaycanın ilk loukosteriButa Airways” tərəfindən həyata keçirilir. Uçuşlar bu ilin qış uçuş cədvəli üzrə həftədə bir dəfə, çərşənbə axşamı günü yerinə yetiriləcək. Aviabiletin ilkin qiymətiBüdcətarifi ilə bir tərəfə baqajsız 29 avrodur. Sofiya Avropa İttifaqında Azərbaycanın ilk loukosteriButa Airways”in birbaşa uçuşlar həyata keçirəcəyi ilk şəhərdir.

Azərbaycanın Baş naziri Artur Rasi-zadə Bolqarıstanın Baş naziri Boyko Borisov jurnalistlərə müsahibələrində Bakıdan Sofiyaya ilk birbaşa aviareysin əhəmiyyətindən danışıblar. Bildirilib ki, bu, Bolqarıstanla Azərbaycan arasında iqtisadi, xüsusən də turizm sahəsində əlaqələrin inkişafına, xalqlarımızın əlaqələrinin daha da möhkəmlənməsinə töhfə verəcək. Baş nazirlər birbaşa aviareysin uğurlu olacağına əminliklərini ifadə ediblər.

 

Azərbaycan.- 2018.- 17 yanvar.- S.2.