Peşə seçimi ASANlaşdı

 

Peşə təhsili sisteminin inkişafı məqsədilə həyata keçirilən “Azərbaycan Respublikasında peşə təhsili və təliminin inkişafına dair Strateji Yol Xəritəsi”nin icrası ilə bağlı ötən il mühüm işlər görüldü.

 

Təhsil Nazirliyi icraçı olduğu tədbirlərin təşkili məqsədilə 2017-ci ilin Fəaliyyət Planını hazırladı. Strateji Yol Xəritəsi üzrə 6 prioritet istiqamət əhatə olunmaqla icraçı qurumların nümayəndələrindən ibarət 5 işçi qrupu yaradıldı.

Onlardan birincisi, işəgötürənlərin peşə təhsili və təlimi sisteminə inteqrasiyası oldu. Optimallaşdırma prosesinin həyata keçirilməsi, təhsil müəssisələri şəbəkəsinin rasionallaşdırılması, müasir peşə-tədris mərkəzlərinin və komplekslərinin yaradılması işləri ilboyu davam etdirildi. İlk peşə-ixtisas təhsili müəssisələrində mövcud vəziyyətin öyrənilməsi məqsədilə monitorinqlər keçirildi. Onların maddi-texniki bazası, infrastrukturu araşdırıldı, rasionallaşdırma və optimallaşdırma ilə bağlı təkliflər hazırlandı. Regionlarda yerləşən peşə təhsili müəssisələrinin optimallaşdırılması və funksional peşə təhsili sisteminin formalaşdırılması istiqamətində təqdim edilmiş təkliflər əsasında Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı ilə Qəbələ Peşə Məktəbi və Qəbələ TurizmOtelçilik üzrə Peşə Tədris Mərkəzinin bazasında peşə liseyi statusu ilə fəaliyyət göstərən Qəbələ Dövlət Peşə Təhsil Mərkəzi yaradıldı. Mingəçevir şəhərində “ASAN Həyat” layihəsi çərçivəsində “ASAN Peşə” təhsil mərkəzinin yaradılması istiqamətində zəruri işlər görüldü.

İqtisadiyyatın prioritet istiqamətləri nəzərə alınmaqla pilot peşə təhsili müəssisələri seçildi. Müxtəlif seçim meyarları əsasında Sənaye və İnnovasiyalar, TexnikaTexnologiyalar, Dəniz Nəqliyyatı, Gəmiqayırma və Liman İşləri üzrə Bakı Dövlət Peşə Təhsil mərkəzləri, Lənkəran, Cəlilabad, Saatlı, Bərdə Peşə liseyləri, Mingəçevir Peşə Məktəbi, Sənaye və Texnologiyalar üzrə Gəncə Dövlət Peşə Təhsil Mərkəzi və Qəbələ Dövlət Peşə Təhsil Mərkəzi pilot peşə təhsil müəssisələri kimi müəyyənləşdirildi, dünya təcrübəsi öyrənildi. Avropa İttifaqı ilə birgə həyata keçirilən “Azərbaycanda Peşə Təhsili və Təliminin (PTT) inkişafına Avropa İttifaqının dəstəyi” texniki yardım layihəsi çərçivəsində yerlixarici ekspertlər cəlb edildi.

Aprel-may aylarında peşə təhsili müəssisələri üzrə ümumtəhsil fənn müəllimlərinin diaqnostik qiymətləndirilməsi keçirildi. Diaqnostik qiymətləndirilmədən keçən peşə təhsili müəssisələrinin ümumtəhsil fənn müəllimləri təhsil kurikulumlarının tətbiqi üzrə təlim kurslarına cəlb edildilər.

İlk dəfə peşə-ixtisas təhsil müəssisələrində çalışan fənn müəllimlərinin və istehsalat təlimi ustalarının diaqnostik qiymətləndirilməsini həyata keçirmək məqsədilə hər bir fənn üzrə test sualları bankı yaradıldı. Peşə istiqamətləri üzrə test suallarının hazırlanması məqsədilə 17 aliorta ixtisas təhsil müəssisələrinə müraciət edildi.

Pilot peşə təhsili müəssisələrinə prioritet ixtisaslar üzrə yüksək peşəkarlığa malik istehsalat təlimi ustalarının və pedaqoji heyətin cəlb olunması üçün meyarların hazırlanması prosesinə başlanıldı. “Gilan Holdinq”, Azərbaycan Respublikasının Prezidenti yanında Mənzil İnşaatı Dövlət Agentliyi ilə Anlaşma Memorandumu imzalandı və Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin (ASAN xidmət) tabeliyində olan “ABAD”-la (Ailə Biznesinə Asan Dəstək) danışıqlar prosesinə start verildi. Oktyabrın 12-23-də keçirilən müsahibələrdə ümumtəhsil fənn müəllimləri seçildi.

İkinci strateji hədəf nəticələrə əsaslanan güclü maliyyələşdirmə sisteminin yaradılması oldu. İlk olaraq peşə təhsili müəssisələri üzrə əsas fəaliyyət göstəriciləri - məzunların məşğulluq səviyyəsi, attestasiya qiymətləri, mühəndis-pedaqoji heyətin hazırlıq səviyyəsi s. müəyyənləşdirilməsi Avropa İttifaqının “Azərbaycanda Peşə Təhsili və Təliminin inkişafına Avropa İttifaqının dəstəyi” texniki yardım layihəsi çərçivəsində beynəlxalq ekspertlərin və maraqlı tərəflərin iştirakı ilə müzakirəyə çıxarıldı. Layihə peşə təhsil müəssisələri üzrə infrastruktur, tədris, müəllim-pedaqoji heyət, təhsilalanlar üzrə kəmiyyət və keyfiyyət göstəriciləri əhatə olundu, “Peşə təhsili müəssisələri üzrə əsas fəaliyyət göstəriciləri” təsdiq edildi.

Məqsədli peşə inkişafı proqramlarının yaradılması üçüncü hədəf seçildi. Peşə təlimlərinin təşkili və təhsil proqramlarının (kurikulumların) hazırlanması ilə bağlı Koreya, Sinqapur, Filippin, Finlandiya, Belçika, İtaliya, İspaniya, Birləşmiş Krallıq, İsveç Krallığı, Almaniya, İsveçrə, Moldova, Rusiya, Norveç, Latviya, Türkiyə, Belarus, EstoniyaGürcüstan Respublikalarının təcrübələri öyrənilərək Strateji Yol Xəritəsinin “Yaşlılar üçün peşə təliminin və ixtisasartırmanın təmin edilməsi” prioritet istiqamətinə uyğun olaraq “Peşə təhsili müəssisələrində yaşlıların təhsili və ixtisasartırma kurslarının təşkili qaydaları” hazırlanıb Nazirlər Kabinetinə təqdim edildi. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə yaşlıların təhsili və ixtisasartırma kurslarının təşkili ilə əlaqədar müvafiq sorğu göndərildi. Yaşlıların təhsili və ixtisasartırma kurslarına tələbatın olduğu prioritet sahələr müəyyənləşdi. “Yaşlıların təhsili və ixtisasartırma kurslarının təşkili mexanizminin hazırlanması” tədbirinin icrası ilə bağlı agentliyin əməkdaşları tərəfindən xarici təlim səfərləri çərçivəsində aidiyyəti dövlət, özəl və qeyri-hökumət təşkilatlarının nümayəndələri ilə müzakirələr aparıldı.

Dördüncü hədəfə - sektorlar üzrə spesifik proqramların yaradılmasına əsasən, sahibkarlar üçün təlimlərin keçirilməsi, gənclərdə sahibkarlıq düşüncə tərzinin formalaşdırılması istiqamətində təhsil müəssisələrində “uğurlu sahibkarlarla” görüşlərin təşkili, sahibkarlıq kompetensiyasının inkişafı məqsədilə nəticəyönümlü tədris proqramlarının hazırlanması, müvafiq təhsil müəssisələrində tətbiqinin dəstəklənməsi üçün işəgötürənlər və digər maraqlı tərəflərlə müzakirələrə başlanıldı. Bu məqsədlə Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar Agentliyinin tabeliyində publik hüquqi şəxs olan “ABAD” mərkəzləri ilə əməkdaşlıq istiqamətində məsləhətləşmələr aparıldı. İlk-peşə ixtisas müəssisələrinin rəhbərlərinin iştirakı ilə əməkdaşlıq imkanlarına dair müvafiq təqdimatlar keçirildi.

Peşə Təhsili üzrə Dövlət Agentliyi və “Baku Business Factory” (BBF) biznes inkubasiya mərkəzinin birgə təşəbbüsü ilə ilk peşə-ixtisas təhsili müəssisələrində təhsil alan şagirdlər üçün noyabrın 11-12-də mentorluq proqramı təşkil edildi. Müxtəlif ixtisaslar üzrə təhsil alan 21 şagird proqrama cəlb olundu, sonda onlara sertifikat verildi.

Noyabrın 15-də Rabitə və Yüksək Texnologiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində tədbir keçirildi. Peşə Təhsili üzrə Dövlət Agentliyi və “Neuron TechnologiesMMC-nin birgə təşkil etdiyi seminarda 40-dan çox şagird iştirak etdi. Həmçinin agentliyin Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası ilə birgə əməkdaşlığı çərçivəsində TexnikaTexnologiyalarEmal Sənayesi üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi şagirdlərinin “Azərsun Holdinq” Şirkətlər Qrupunun zavodlarına səfər turları təşkil olundu.

Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində “Junior Achievement Azerbaijanİctimai Birliyinin dəstəyi ilə gənclərin məşğulluq imkanlarının artırılması, bilik, bacarıq və səriştələrinin, eləcə də maliyyə savadlılığı, sahibkarlıq biliklərinin təkmilləşdirilməsi məqsədi ilə keçirilən “Karyera üçün Təhsil” layihəsinə təhsildə fərqlənən 40 nəfər təhsilalan seçilərək təlimlərə cəlb edildi.

“Bakı Metropoliteni” QSC, “Azərbaycan Dəmir Yolları” QSC, Mənzil İnşaatı Dövlət Agentliyi, “NORM” MMC, “Zəhmət-Ruzi” MMC, Lənkəran Peşə Liseyi və “Yaşıl ÇayFermer Təsərrüfatı MMC və “Gilan Holdinq”ə daxil olanGilan Agricultural Groupla Anlaşma Memorandumu imzalandı, istehsalat və təlimlərin təşkili vasitəsilə təhsilalanlarda sahibkarlıq vərdişlərinin aşılanmasını təşviq etmək istiqamətində əməli addımlar atıldı.

Əsasən kənd təsərrüfatı və turizm sahəsində ixtisaslaşmış kadrlara olan tələbatı ödəmək üçün müasir infrastruktur, maddi-texniki baza və tədris resurslarına malik Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin inşası başa çatdırıldı.

Məzunların təhsil aldıqları ixtisaslar üzrə məşğulluq səviyyəsinin müəyyənləşdirilməsi məqsədilə, eləcə də peşə təhsili müəssisələrinin yerləşdiyi iqtisadi rayonlar üzrə fəaliyyət göstərən işəgötürənlər haqqında məlumat bazası yaradıldı.

2017/2018-ci tədris ilində “ASAN Peşə” layihəsi bütün ölkəni əhatə etdi. İlk peşə-ixtisas təhsili müəssisələrinə sənəd qəbulu prosesində şəffaflığın və vətəndaşların rahatlığının təmin edilməsi üçün Bakı və Gəncə şəhərləri ilə yanaşı, Sumqayıt, Bərdə, Qəbələ, Sabirabad və Masallıda yerləşən “ASAN xidmət” mərkəzlərində sənəd qəbulu aparıldı.

Qəbulda iştirak edənlərin keyfiyyət göstəriciləri üzrə əhəmiyyətli dəyişikliklər oldu. Belə ki, peşə təhsili müəssisələrinə qəbul edilənlərin 20 faizinin orta attestat balı 4 baldan yuxarıdır.

Peşə təhsili müəssisələrinin maddi-texniki bazası, ötən dövrdə şagird qəbulu ilə bağlı dinamikanı və növbəti dövr üçün şagird qəbuluna dair proqnozları nəzərə alınaraq 2017/2018-ci tədris ilində 175 ixtisas üzrə şagird qəbulunun həyata keçirilməsinə başlanıldı. Bunlardan 22-si yeni ixtisaslardır.

Avropa İttifaqının Avropa Qonşuluq Aləti Proqramı çərçivəsində Azərbaycan Respublikası Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyi ilə birgə “Azərbaycanda Peşə Təhsili və Təliminin inkişafına Avropa İttifaqının dəstəyi” adlı Texniki Yardım layihəsinin icrasına başlanıldı.

Azərbaycan hökuməti ilə Çin hökuməti arasında imzalanmış texniki-iqtisadi əməkdaşlıq sazişi çərçivəsində ayrılmış qrant vəsaitlərinin qalıq hissəsinin bir qisminə, Çin tərəfi müxtəlif kateqoriyalı avtonəqliyyat vasitələrinin sürücülərinin hazırlığını və ixtisasartırmasını həyata keçirmək üçünAviasiyaAvtomobil Nəqliyyatı üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi”ni tədris avadanlıqları, simulyatorlar və digər texniki vasitələrlə təmənnasız təmin etməyi nəzərdə tutdu. Bu məqsədlə Peşə Təhsili üzrə Dövlət Agentliyi ilə Çin Xalq Respublikasının Azərbaycandakı səfirliyi arasında icra müqaviləsi imzalandı.

Təhsil sahəsində əməkdaşlığın möhkəmləndirilməsi və ixtisaslı kadr hazırlığının təmini məqsədilə Türkiyə Respublikasının Milli Təhsil Nazirliyi ilə Azərbaycan Respublikası Təhsil Nazirliyi arasında birgə istifadəsi nəzərdə tutulan Dəniz Nəqliyyatı, Gəmiqayırma və Liman İşləri üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin qurulması istiqamətində işlərin başlanılması razılaşdırıldı.

“Azərbaycan Respublikası Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyi və Peşə Təhsili və Təlimi üzrə Koreya Tədqiqat İnstitutu (KRİVET) arasında Anlaşma Memorandumunun şərtləri razılaşdırıldı və imzalanması istiqamətində rəsmiləşdirilmə əməliyyatlarına başlanıldı.

Ölkəmizin “Turin Prosesi 2016-2017” və “Aİ 2020 indikatorları üzrə Bençmarkinq” hesabatları Avropa İttifaqına təqdim edildi. Tərəfdaşların bir araya gətirilməsi və islahatların aparılması üzrə siyasət monitorinqinin nəticəsi olaraq Azərbaycanın nümunəsində əvvəlki illərlə müqayisədə proqres qeydə alındı.

Azərbaycanda peşə təhsili və təlimi mərkəzlərinin müasirləşdirilməsi üzrə Avropa İttifaqının qrant layihələri çərçivəsində 4 qrant layihənin icrasına başlanıldı.

2017-ci ildə ilk peşə-ixtisas təhsili müəssisələrinin normativ hüquqi bazasının təkmilləşdirilməsi ilə bağlı agentlik tərəfindən sənədlər hazırlandı. Ölkəmizin tarixində ilk dəfə Milli Məclisin Elm və təhsil komitəsində Təhsil Nazirliyinin, eləcə də Peşə Təhsili üzrə Dövlət Agentliyinin nümayəndələrinin, beynəlxalq ekspertlərin üzv olduğu işçi qrupu tərəfindən “Peşə təhsili haqqında” qanun layihəsi üzərində aparıldı. Çoxsəviyyəli peşə təhsilinin səmərəliliyinin artırılması, rəqabətqabiliyyətli ixtisaslı kadr hazırlığı məqsədilə dövlət siyasətinin prinsiplərini, təhsil və təlim sisteminin təşkilati-hüquqi, iqtisadi əsaslarını müəyyən edən sənəd müzakirə edildi. Həmçinin “Azərbaycan Respublikasında ilk peşə-ixtisas təhsilinin dövlət standartları”nın yeni layihəsi hazırlandı və Təhsil Nazirliyinin saytında yerləşdirilərək ictimaiyyətin müzakirəsinə çıxarıldı.

Agentlik “Dövlət və bələdiyyə tərəfindən yaradılan ilk peşə-ixtisas təhsili müəssisəsinin Nümunəvi Nizamnaməsi”nin layihəsini hazırladı və aidiyyəti qurumlarla razılaşdırılaraq təsdiq üçün Nazirlər Kabinetinə təqdim edildi. İlk peşə-ixtisas təhsili müəssisələri üzrə “Təhsil müəssisələrində təhsilalanların attestasiyasının, o cümlədən yekun attestasiyasının aparılması və təhsilalanların biliyinin yenidən qiymətləndirilməsi qaydaları”nın layihəsi hazırlanaraq təsdiq üçün aidiyyəti üzrə təqdim olundu.

Beləliklə, ötən il peşə təhsili və təliminin inkişafı yönümündə mühüm işlər görüldü ki, bunlar da öz müsbət nəticələrini verməkdədir.

 

Zöhrə FƏRƏCOVA

 

Azərbaycan.- 2018.- 17 yanvar.- S.3.