Ombudsman Aparatının elektron nəşrlərinin kolleksiyası Mərkəzi Elmi Kitabxanaya təqdim edilib

 

Yanvarın 16-da Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasında (MEK) bu qurumun Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilliyinin birgə təşkilatçılığı iləİnformasiya təminatı sahəsində davamlı əməkdaşlığın qurulmasımövzusunda tədbir keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə AMEA-nın Yusif Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun direktoru, akademik Vaqif Abbasov Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkilinin (Ombudsman) ölkədə hüquqi maarifləndirmə istiqamətində gördüyü işlərdən danışıb.

MEK-in direktoru Leyla İmanova Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Ombudsman Aparatının elektron nəşrlərdən ibarət kolleksiyasını kitabxanaya təqdim etməsini yüksək dəyərləndirib. Bildirilib ki, müxtəlif qurumlara məxsus kolleksiyaların elektron formatda kitabxananın Milli Rəqəmsal Yaddaş (MRY) bazasına daxil olunması mərhələsi davam etdirilir. L.İmanova, həmçinin ötən il işlək vəziyyətə gətirilən elmiləşən MRY bazası MEK-in nailiyyətləri barədə məlumat verib.

MEK-in əməkdaşı Xəyalə Kərimova Ombudsman, professor Elmira Süleymanovanın həyat fəaliyyətindən danışıb, eyni zamanda, onun müəllifi olduğu nəşrləri təqdim edib.

Bakı Dövlət Universitetinin biblioqrafiyaşünaslıq kafedrasının müdiri, professor Nadir İsmayılov MRY layihəsinin informasiyanın qorunması istifadəsi baxımından əhəmiyyətini vurğulayıb.

E.Süleymanova Azərbaycanda insan hüquq azadlıqları istiqamətində görülən işlərdən, ümummilli lider Heydər Əliyevin təhsil kitabxanaya verdiyi dəyərdən danışıb. MEK- sənədlərin toplanılmasının, qorunub saxlanılmasının əhəmiyyətini qeyd edib. Gənclərin elmə, təhsilə diqqət ayırmalarının vacibliyini vurğulayan E.Suleymanova bu işdə kitabxanaların əvəzsiz rolunu diqqətə çatdırıb. O, rəhbərlik etdiyi qurumun elektron nəşrlərinin MEK-ə təqdim olumasını informasiya siyasəti baxımından düzgün seçim adlandırıb.

Sonda Ombudsman Aparatının elektron nəşrlərindən ibarət kolleksiyası MEK-ə təqdim edilib. Bildirilib ki, bu qurumun hazırladığı nəşrlərin elektron versiyası MEK-in MRY bazasına daxil ediləcək, elektron kataloqda qeydə alınacaq.

Daha sonra iki qurum arasında əməkdaşlıq haqqında memorandum imzalanıb.

Sonda E.Süleymanovaya MRY bazası daxil olmaqla kitabxana fondlarının müxtəlif dillərdə hüquqi maarifləndirmə Azərbaycan həqiqətlərini əks etdirən materiallarla zənginləşdirməsinə verdiyi töhfəyə görə, professor Aslan Məmmədliyə isə Azərbaycan kitabxanalarında mühafizə olunan 2016-cı ildə MEK- aşkarlanıb rəqəmsallaşdırılmış 17 ən qədim kitabın yeddisinə annotasiya hazırladığı üçün kitabxananın fəxri oxucu kartı təqdim olunub.

 

Azərbaycan.- 2018.- 17 yanvar.- S.4.