“Azərbaycan Respublikasının Mülki Məcəlləsinin təsdiq edilməsi,
qüvvəyə minməsi və bununla
bağlı hüquqi tənzimləmə
məsələləri haqqında” Azərbaycan Respublikası
Qanununun tətbiq edilməsi barədə”
Azərbaycan Respublikası Prezidentinin
2000-ci il 25 avqust tarixli 386 nömrəli Fərmanında dəyişikliklər
edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin
Fərmanı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 12 aprel tarixli 48 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 22 sentyabr tarixli 1606 nömrəli Fərmanının tətbiqi ilə əlaqədar qərara alıram:
“Azərbaycan Respublikasının Mülki Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 25 avqust tarixli 386 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, ¹ 8 (III kitab), maddə 609; 2001, ¹ 10, maddə 640; 2003, ¹ 8, maddə 435, ¹ 10, maddə 552; 2004, ¹ 6, maddə 435; 2005, ¹ 2, maddə 64, ¹ 5, maddə 403; 2006, ¹ 7, maddə 590, ¹ 12, maddə 1034; 2007, ¹ 3, maddə 228, ¹ 6, maddə 606, ¹ 11, maddə 1110, ¹ 12, maddə 1246; 2008, ¹ 6, maddə 493; 2009, ¹ 3, maddə 163, ¹ 5, maddə 324; 2010, ¹ 5, maddə 399, ¹ 7, maddələr 610, 628; 2011, ¹ 8, maddə 751; 2012, ¹ 6, maddə 535; 2014, ¹ 6, maddə 626; 2016, ¹ 9, maddə 1464, ¹ 12, maddə 2071; 2017, ¹ 2, maddə 186) aşağıdakı dəyişikliklər edilsin:
1. 3.3.2-ci yarımbənddə “və” sözü “, xarici kommersiya hüquqi şəxslərinin filial və nümayəndəliklərinə,” sözləri ilə əvəz edilsin.
2. 5.1-ci bənddə “şəxslər” sözü “şəxsləri, xarici qeyri-kommersiya hüquqi şəxslərinin filial və nümayəndəlikləri” sözləri ilə əvəz edilsin.
3. 5.3-cü bənddə “şəxslər və” sözləri “şəxsləri, xarici kommersiya hüquqi şəxslərinin filial və nümayəndəlikləri,” sözləri ilə əvəz edilsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 17 yanvar
2018-ci il
Azərbaycan.- 2018.-18 yanvar.- S.2.