T.Ə.Bünyadovun “Şərəf” ordeni
ilə təltif edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin
Sərəncamı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:
Azərbaycanda etnoqrafiya elminin inkişafında böyük xidmətlərinə görə Teymur Əmiraslan oğlu Bünyadov “Şərəf” ordeni ilə təltif edilsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri,
18 yanvar 2018-ci il
Azərbaycan.- 2018.-19 yanvar.- S.1.