“Taxıl haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə

 

Azərbaycan Respublikasının Qanunu

 

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 11-ci bəndini rəhbər tutaraqTaxıl haqqındaAzərbaycan Respublikasının Qanununu Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə uyğunlaşdırmaq məqsədi ilə qərara alır:

Taxıl haqqındaAzərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, ¹ 7, maddə 491; 2004, ¹ 2, maddə 57; 2007, ¹ 5, maddə 397; 2011, ¹ 2, maddə 71; 2014, ¹ 11, maddə 1373; 2016, ¹ 7, maddə 1241; 2017, ¹ 5, maddə 717) 15.3.5-ci maddəsi ləğv edilsin.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 15 dekabr 2017-ci il

 

Azərbaycan.- 2018.- 19 yanvar.- S.1.