Avtomobil nəqliyyatı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə

 

Azərbaycan Respublikasının Qanunu

 

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 23-cü bəndini rəhbər tutaraqAvtomobil nəqliyyatı haqqında” Azərbaycan Respublikasının Qanununu “Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2016-cı il 16 dekabr tarixli 468-VQD nömrəli Qanununa uyğunlaşdırmaq məqsədi ilə qərara alır:

Avtomobil nəqliyyatı haqqında” Azərbaycan Respublikasının Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008, ¹ 7, maddə 599; 2010, ¹ 4, maddə 276, ¹ 10, maddə 841; 2013, ¹ 11, maddə 1302; 2014, ¹ 4, maddə 342; 2015, ¹ 8, maddə 903, ¹ 12, maddə 1439; 2016, ¹ 2, II kitab, maddə 221; 2017, ¹ 2, maddə 140) 20.3-cü maddəsində “avtonəqliyyat vasitələri üçün müəyyən olunmuş dayanacaqlardan” sözləri “xüsusi olaraq müəyyən edilmişmüvafiq qaydada işarələnmiş taksi minik avtomobillərinin duracaq yerlərindən” sözləri ilə əvəz edilsin.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 15 dekabr 2017-ci il

 

Azərbaycan.- 2018.- 19 yanvar.- S.2.