“Bələdiyyə torpaqlarının idarə edilməsi
haqqında” Azərbaycan Respublikasının Qanununda
dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu
Azərbaycan Respublikasının
Milli Məclisi Azərbaycan Respublikası
Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin
13-cü bəndini rəhbər
tutaraq qərara alır:
“Bələdiyyə
torpaqlarının idarə
edilməsi haqqında”
Azərbaycan Respublikası
Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu, 2001, № 8, maddə
520; 2004, № 5, maddə 314; 2005, № 2, maddə 62; 2006, № 6, maddə
486, № 8, maddə 657, № 11, maddə
923; 2007, № 11, maddə 1082; 2008, № 5, maddə 348, № 6, maddə
462, № 11, maddə 958, № 12, maddə
1048; 2011, № 12, maddə 1077; 2012, № 6, maddə 507; 2014, № 10, maddə
1170; 2015, № 2, maddə 85, № 10, maddə 1091) 7.2-ci maddəsində
“stadionların və idman meydançalarının”
sözləri “stadionların,
idman meydançalarının
və qəbiristanlıqların”
sözləri ilə əvəz edilsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri,
29 dekabr 2017-ci il
Azərbaycan.- 2018.- 19 yanvar.- S.2.