Qanlı şənbənin məktəbli şəhidləri

 

Qanlı-qadalı, odlu-alovlu illər bəşər tarixində zaman-zaman təkrarlanıb. Xalqımız da bu od-alovların içərisindən az keçməyib. Elə buna görə azadlıqsevərdir, mətindir, iradəli, dözümlüdür! Ölümün gözünə belə, dik baxmaq isə şərəfdir. Bu, xalqımızın hünəriylə qazandığı şərəf, alın yazısı və tale payıdır: uşaqdan-böyüyə cəllad üstünə, silah qabağına yeriyir, qorxmazlığı, cəsurluğu ilə ölümə meydan oxuyurdu.

1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə zalıma, zülmə tabe olmayan xalqımız qədim Bakını qan çanağına döndərən imperiya cəlladları ilə üz-üzə dayananda onların arasında 13 yaşlı İlqarla Larisa, 14 yaşlı Nəriman, 16 yaşlı Vera, eləcə də yaşı səksəni haqlayan Sura BabayevaYunus Rəhimov da vardı...

idi bu ixtiyar yaşlı nənə ilə babanın, eləcə də məktəbli balaların günahı?! O müdhiş gecənin şahidləri olmaqmı? Yoxsa azadlıq aşiqlərinin necə gülləbaran edilməsini görüb qaniçən cəlladlara nifrətlə baxmaqlarımı?

Larisa Fərman qızı Məmmədova Bakıdakı Tofiq Hüseynov adına 134 nömrəli 7 “v” sinfində oxuyurdu. Sinif yoldaşları Larisanı heç zaman solmayacaq çiçəyə bənzədiblər. Onların Larisa haqqında yazdıqları xatirələrdə göstərilir ki, Şəhidlər xiyabanında alovlanan əbədi məşəl də heç vaxt sönməyəcək. Çünki bu məşəl öz alovunu, odunu xiyabanda uyuyan şəhidlərin vətənə, torpağa sevgisindən, azadlıq eşqindən götürüb. İllər ötəcək, nəsillər dəyişəcək, lakin şəhidlərimizin xatirəsi ürəklərdə daim yaşayacaqonlar heç vaxt unudulmayacaq. Larisa Məmmədova və İlqar İbrahimov kimi fidan şəhidlərimiz isə Azərbaycan xalqının yaddaşında 13 yaşlı məktəbli kimi əbədi qalacaqlar.

Xalq şairi Bəxtiyar Vahabzadə o qanlı gecə şəhid olan 13 yaşlı Larisanı şeir dili ilə oxşadı:

On üç yaşlı körpə bala,

Yazıq anan necə dözsün

Bu kədərə, bu məlala?

Məzarının baş ucunda

kuklan da var.

Bu gün laylay çalmalıykən

sən kuklana,

Kuklan sənə laylay çalar.

Sən özün kukla idin.

Bu dünyanın əvvəlini,

Axırını heç bilmədin.

Kim kuklaya güllə atar?

Atan oldu...…

1977-ci il avqustun 11-də Bakı şəhərində anadan olan Larisa Məmmədova musiqi təhsili alırdı. O müdhiş gecədə xalqımızın müxtəlif yaşlı insanları içərisində Larisanın hər dəfə xatırlanması səbəbsiz deyil.

Görün bu yaşda qızcığaz deyib atasına: “Mən mübariz xalqımızı üçrəngli bayrağımızı görmək istəyirəm!”

O gecə atası Fərmanın işlədiyi avtomobil parkının işçiləri ilə birlikdə L.Şmidt adına Zavodun yanındaİkarusavtobusunda oturduqları yerdə gülləbarana tutulurlar. Qaniçənlər, imperiya cəlladları Vətən, xalq üçün döyünən bapbalaca ürəyini susdurmaq üçün Larisanı hədəf seçiblər. Ürəyini nişan alıblar. Ata-bala al-qana bələniblər. Təcili xəstəxanaya çatdırılıblar. Ata amansız vaxtsız ölümün pəncəsindən xilas edilsə , Larisa adını azadlıq aşiqləri qurbanlarının siyahısına yazdırıb. O gecənin qaliblərindən biri sayılan 13 yaşlı şəhid Larisa MəmmədovaAzadlıq uğrunda fəxri mübarizadı qazanıb!

Ulu öndər Heydər Əliyev 20 Yanvar şəhidlərinin ailə üzvləri ilə görüşlərinin birində demişdir: “20 Yanvar faciəsi mənim üçün xalqımızın ən ağır faciəsidir. Amma eyni zamanda 20 Yanvar Azərbaycan xalqının mərdlik, qəhrəmanlıq şəhidlik zirvəsinə qalxmasının əyani nümayişidir”.

Bəli, Azərbaycan xalqı bu zirvəyə qalxmağı bacardı. 13 yaşlı məktəbli balalar da sübut etdilər ki, onlar xalqın azadlığı, gələcəyi üçün lazım gələrsə, göz qırpmadan canlarından keçməyi bacarırlar.

Həmin görüşdə “20 YanvarCəmiyyətinin sədri, Larisanın atası, o məşum gecədən sinəsində bala dağı saxlayan Fərman Məmmədov ulu öndərə, onlara göstərilən diqqət qayğıya görə minnətdarlığını belə bildirdi: “Mən şəhid Larisa Məmmədovanın atasıyam. Özüm II qrup əliləm, 20 Yanvar hadisələri zamanı yaralanmışam. Sizə inanırıq, dediyiniz işlərin hamısı görülür, biz kömək edirik, çalışırıq, 1994-cü ildə Sizin verdiyiniz qərar əsasında Şəhidlər xiyabanında “20 YanvarCəmiyyətinə yer verilib. Biz oranın təmiri ilə məşğul olmuşuq. Orada 20 Yanvarda şəhid əlil olanların balaları üçün pulsuz ingilis fransız dilləri kursları açmışıq”.

Ukraynanın Donetsk vilayətindən öz səadətinin ardınca Azərbaycana gəlmiş Qalina Urvaçova-Məmmədova (Larisanın anası) o gündən ümumxalq kədərini qəribə bir özünəməxsusluqla, suallar fırtınasında yaşayır: “Kim idi balalarımızı hədəf seçən? Bizi niyə gülləbarana tutmuşdular o günlər?!”

Hər il 20 Yanvar ərəfəsində təhsil aldığı məktəbdə Larisadan danışılır. Xatirəsinə həsr olunan yazı, şeir, rəsm müsabiqələri keçirilir. 134 nömrəli məktəbdə onun adını daşıyan şagird təşkilatı da fəaliyyət göstərir. Bunlar bir daha əminlik yaradır ki, bu balaca qız ürəklərdə yaşayır.

...20 Yanvarda hələ ölümün olduğunun fərqində olmayanlar şəhidlik zirvəsinə yüksələcəklərini ağıllarına belə gətirmirdilər. Günlərini məktəbli dostları ilə keçirən bu balaların ovuc boyda ürəklərindəki böyük vətən sevgisi, azadlıq arzusu onları da həmin gecə od-alovun içinə çəkib apardı. O ayazlı-şaxtalı gecədə 13 yaşlı İlqar dostları Zakir Pərvizlə qonşuları NaziminZaporojetsmarkalı maşını ilə sinəsini düşmən tanklarına sipər edən soydaşlarımıza ocaq qalayıb isinmək üçün odun aparırdı. Qəfildən tanklarla üz-üzə gəldilər. Maşınlarını saxlayıb qaçmaq məcburiyyətində qaldılar. Düşmən tankı əvvəlcə maşının üstündən keçərək onu yerə yapışdırdı. Sonra qaçan bu fidanları atəşə tutdu. İlqar arxada olduğundan, ağır yaralandı. Xəstəxanaya çatdırsalar da...

İbrahimov İlqar Rəşid oğlu Bakının Yasamal rayonundakı 167 nömrəli məktəbin 7 “a” sinfində oxuyurdu. Yadigar qalan şəklindən görünür ki, gülərüz olub. Tay-tuşlarından fərqli olaraq onun yaşı böyüdü, boyu. Amma ürəklərdə boy atdı, yaşadı. Tay-tuşlarından uzunömürlü oldu İlqar. Deyirlər ki, sakit təbiətli olan bu uşaq ədəbiyyatı, xüsusən poeziyanı çox sevirmiş. Kim bilir, yaşasaydı, bəlkə tanınmış şair, nasir... olacaqdı. Ömrü yetmədi, amma İlqarın adı milyonlardan yox, Vətənin azadlıq aşiqlərindən biri kimi tarixə yazıldı. Qanlı şənbənin qurbanlarından, Şəhidlər xiyabanının əbədi sakinlərindən biri olaraq, o, ən müqəddəs şərəfli sayılan şəhid adını qazandı. Bir vaxtlar hər gün qapısını açdığı məktəbdə indi 20 Yanvar faciəsinə, İlqarın xatirəsinə həsr olunmuş silsilə tədbirlər keçirilir.

Bu da müqəddəs, ziyarətgah bildiyimiz, görüşünə qəm-qüssə, kədərlə gəldiyimiz Şəhidlər xiyabanı. İlqarın məzarı şair-şəhid, tələbə Ülvi Bünyadzadənin qəbri ilə yanaşıdır.

İlqar o gecə ilkson dəfə anasını eşitmədi. Balaca bacıları Alla ilə Səbinə də onun arxasınca ağladılar, xeyri olmadı. Anası Katya İlqarın qayıtmayacağına əmin idi. Ona görə də ona soyuq olacağından qorxub, yun köynəyini götürüb küçəyə qaçdı. Amma... gec idi. Onun arxasınca baxa-baxa qaldı: kəlmələri dilində, yun köynəyi isə əlində...

...28 ildir ki, müqəddəs ziyarətgaha çevrilən Şəhidlər xiyabanında yan-yana düzülən, eyni biçimli məzarlarda yatanların hər biri xalqımızın doğması, əzizi kimi anılır, yad edilir, xatırlanır, yaddaşlara yazılır. Amma İlhamla Fərizə kimi, İlqarla Larisanın... məzarları üzərinə əyiləndə bir cüt göz yaşı yanaqlarda süzülür. Axı, elə 13 yaşındaca ömrü daşlaşan bu məktəbli balaların məsum baxışları sinə dağlayır, ona görə hər kəs ağlayır. Larisanın məzarının üstündən oyuncaqlar əskik olmayıb: saralıb-solsalar da...

 

Məhəmməd NƏRİMANOĞLU,

 

Azərbaycan.- 2018.- 20 yanvar.- S.1; 4.