Hesablama Palatasında anım tədbiri keçirilib

 

Palatada 1990-cı il yanvar ayının 19-dan 20-nə keçən gecə sovet ordusunun xüsusi dəstələrinin Azərbaycana  yeridilməsi nəticəsində xalqımızın azadlığı suverenliyi uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi  yad edilib.

Anım tədbirində qeyd olundu ki, 20 Yanvar müstəqillik suverenlik uğrunda ümumxalq mübarizəsinə qalxmış Azərbaycanın azadlıq mübarizəsi tarixinin ən şanlı, eyni zamanda qanlı səhifələrindən biridir.  28 il əvvəl qanlı  yanvar günlərində Azərbaycanın müstəqilliyi azadlığı uğrunda mübarizəyə qalxmış dinc əhaliyə   qarşı qırğın törədildi, bu, milli mənliyə, milli dəyərlərə, insanlığa qarşı  bir cinayət idi.

Totalitar rejimin göstərişi ilə o günlərdə 137 mülki şəxs qətlə yetirildi, 744 nəfər yaralandı, 841 nəfər qanunsuz həbs olundu, 200 ev, 80 avtomaşın, o cümlədən təcili yardım maşınları, külli miqdarda şəxsi dövlət əmlakına  külli miqdarda ziyan vuruldu. Öldürülənlər arasında beş millətin nümayəndəsi, 20-dən çox qadın uşaq var idi.

Amma  cinayətkar rejimin bütün cəhdləri xalqımızın mübarizə əzmini qıra bilmədi. 20 Yanvar Azərbaycan xalqının milli oyanışının, özünüdərkinin, istiqlal yolunda  irəliləyişinin başlanğıcı oldu.

Tədbirdə o da qeyd olundu ki, informasiya blokadasına alınmış Azərbaycan öz haqq səsini beynəlxalq ictimaiyyətə çatdıra bilmədiyi həmin günlərdə o dövrdə Moskvada yaşayan, lakin bütün varlığı ilə vətəninə millətinə bağlı olan böyük vətənpərvər  Heydər Əliyev maneələrə baxmayaraq xalqının səsinə ilk səs verənlərdən oldu. Ulu öndərimiz Heydər Əliyev faciənin ertəsi günü ailəsi ilə birgə Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək soydaşlarımız və jurnalistlər qarşısında qanlı qırğını pisləyən kəskin bəyanatla çıxış etdi,  bu müsibəti dünyaya çatdırdı.

Hadisələrin şahidi olmuş Palata əməkdaşları o faciəvi günlərlə bağlı  xatirələrini danışdılar, dəhşətli qırğın silahları ilə  əliyalın əhalinin üzərinə gələn nəhəng orduya qarşı xalq birliyi ilə aparılan mücadilədən, xalqımızın yenilməz iradəsindən bəhs etdilər. Qeyd olundu ki, 20 Yanvar həm də  xalqımızın suverenlik, azadlıq uğrunda mübarizəsinin rəmzidir, tanksilahlara sinə gərən oğullarımızın qürur və şərəf günüdür.

Tədbirdə çıxış edənlər ümummilli lideri Heydər Əliyevin ölkə rəhbərliyinə qayıdışından sonra, 1994-cü ildə 20 Yanvar hadisələrinə siyasi-hüquqi qiymət verildiyini və qırğına başçılıq edən cinayətkarların adlarının çəkildiyini, ölkəmizə qarşı bu təcavüzün  qabaqcadan şüurlu surətdə planlaşdırılmış və vəhşicəsinə həyata keçirilmiş cinayət aktı kimi qiymətləndirildiyini bildirdilər.  

Qeyd olundu ki, dövlətimiz və xalqımız 20 Yanvar tarixinin unudulmaması, gələcək nəsillərin  qan yaddaşına  yazılması və təkrarına yol verilməməsi üçün hər şey edir.

 

Azərbaycan.- 2018.- 20 yanvar.- S.5.