Qanlı gecə
Milli Kitabxananın nəzdində fəaliyyət göstərən Açıq Kitabxanada 20 Yanvar faciəsinin 28-ci ildönümü ilə əlaqədar kitab sərgisi və foto-qalereya təşkil edilmişdir.
Sərgidə Bakı şəhər 7 və 8 saylı tam orta məktəblərin şagirdləri və müəllimləri iştirak etmişlər. Kitabxananın direktor müavini Ədibə İsmayılova, müəllimlərdən Tünzalə Şirinova, Gülgəz Həsənova, Nigar Əliyeva və Lalə Qurbanova 20 yanvar hadisələri ilə bağlı şagirdlərə geniş məlumat vermiş, uşaqların vətənpərvərlik ruhunda daha yüksək dərəcədə tərbiyə olunması üçün belə sərgilərin təşkilinin əhəmiyyətli olduğunu qeyd etmişlər. Uşaqlar sərgidə olan nəşrlərlə və foto-qalereya ilə yaxından tanış olmuşlar.
Sonda məktəblilər
xatirə şəkli çəkdirmişlər.
Azərbaycan.-
2018.- 20 yanvar.- S.5.