Heydər Əliyevin Azərbaycan xalqına, Azərbaycan
KP MK, Respublikanın Ali Soveti
və Nazirlər Sovetinə teleqramı
Azərbaycan xalqına!
Bakı şəhərinə sovet ordusu hissələrinin yeridilməsi ilə əlaqədar xalqımızın başına gəlmiş faciədən - dinc əhalinin qırılmasından böyük ürək ağrısı ilə xəbər tutdum. Bu matəm günündə həlak olanların ailələrinə və yaxınlarına, bütün Azərbaycan xalqına dərin hüznlə başsağlığı verirəm.
Mən bu düşünülmüş aksiyanı pisləyir, onu antihumanist, antidemokratik, qanunazidd hesab edirəm. Bu ağır gündə sizi ağıllı-kamallı olmağa, həmrəyliyə və birliyə çağırıram.
Mənim teleqramımın respublika mətbuatında dərc olunmasını, radio, televiziya ilə verilməsini, matəm mitinqində oxunmasını xahiş edirəm.
Heydər ƏLİYEV,
21 yanvar
1990-cı il, Moskva
Azərbaycan.- 2018.- 20 yanvar.-
S.2.